AZE   RUS
       WAP    
 
 
 
ANA SƏHİFƏ DÇ-2010 FUTBOL TOP OYUNLARI DÖYÜŞ NÖVLƏRİ ATLETİKA STOLÜSTÜ OYUNLAR DİGƏR NÖVLƏR
 
“Yığmanın baş məşqçisi kimi bu işlərə qarışmaq istəmirəm” - MÜSAHİBƏ
00:49 09-02-2010


Antalyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçi Bernhard Lippertin müsahibəsi

- Komanda 8 gündür Antalyada təlim-məşq toplanışı keçirir. Hazırlıq barədə nə deyə bilərsiniz?
- Son 2 gün istisna olmaqla, hazırlıq normal keçirdi. Artıq iki gündür Antalyada qeyri-sabit hava hökm sürür. Qasırğa və güclü yağış üzündən bugünkü məşqimizi zalda keçirməli olduq. Hazırlıq müddətində artıq iki yoldaşlıq oyununda gücümüzü sınamışıq. Birinci qarşılaşmadakı rəqib “dişimizə” görə deyildi. Onlar çox aşağı səviyyəli komanda idi. Ancaq bu oyunun da öz müsbət tərəfləri oldu. Belə ki, matç komandanın oturuşması, oyunçuların bir-birini başa düşməsi baxımından yaxşı idi. İkinci oyunda fiziki cəhətdən çox güclü bir klubla qarşılaşdıq. Onlara qarşı meydanda fiziki cəhətdən güclü və kompakt bir Azərbaycan yığması mübarizə apardı. Avropa çempionatının birinci mərhələsində mübarizə aparan komanda ilə müqayisədə indi daha sabit kollektivimiz var. Uşaqlar arasında münasibət də yüksək səviyyədədir. Kollektivdə birlik hökm sürür. Bu münasibət ilkin mərhələ ilə müqayisədə indi daha nəzərəçarpacaq dərəcədədir.

- Bu, U-19-un cari ildə ikinci toplanışıdır. Komanda artıq Valentin Qranatkinin xatirəsinə həsr edilmiş turnirdə iştirak edib. Daha sonra onlar klublara göndərildilər və bəziləri əsas komandaları ilə birlikdə hazırlıq keçdilər. Necə düşünürsünüz, yenidən düşərgəyə dəvət etdiyiniz futbolçularda irəliləyiş hiss olunurmu?
- Sözsüz, oyunçuların güclü və təcrübəli futbolçularla bir yerdə məşq etməsi müsbət haldır. Ümumiyyətlə, Premyer Liqada mübarizə aparan komandalarla məşq edəkən, futbolçuların məqsədləri, hədəfləri də dəyişir. Oradakı şərait də fərqlidir. Nəticədə ağır məşqlər keçməli olursan. Təbii ki, bu da yeniyetmə oyunçunun inkişafına səbəb olur. Çünki nə qədər çox əziyyət çəksən, bu, ancaq futbolçunun xeyrinə olacaq. Bunu nəzərə alaraq bir daha vurğulamaq istəyirəm ki, sabit heyətimiz formalaşıb. Onlar daha güclü futbolçularla mübarizədə bərkiyib, formalaşıblar. U-19-un və U-21-in üzvlərinin Premyer Liqa komandalarında möhkəmlənməsi bizim əsas məqsədimizdir. Bu zaman onlar daha ağır şərtlər altında məşq edəcəklər və nəticədə beynəlxalq oyunlarda bizə köməkləri dəyəcək.

- Hazırda U-19-da sizi narahat edən problemlər hansılardır?
- Bunu qeyd etməliyəm ki, bu yaşlı komandada yer alan futbolçular şəxsiyyət kimi tam formalaşmayıblar. Ola bilsin ki, hansısa oyunçu özü haqqında qadir olduğundan da yüksək fikrə düşsün və nəticədə həmin futbolçuda özündənrazılıq əmələ gəlsin. Əlbəttə, bu, ümumi komandaya mənfi təsir göstərə bilər. Bu gün U-19-da ola biləcək problem kimi bunu görürəm. Təbii ki, məşqçilər korpusu bunu nəzarətdə saxlayır. Hələlik vəziyyət qənaətbəxşdir. Sona qədər bu tempdə davam etməyə çalışacağıq.

- Heyətə yeni oyunçular cəlb edilib. Onlar haqqında nə deyə bilərsiniz?
- Fikrimcə, qarşıdakı mərhələlər üçün xidmətindən istifadə edə biləcəyimiz futbolçular tapmışıq. Həmin uşaqlarda futbol oynamaq üçün qabiliyyət, inkişaf etmək üçün potensial var. Hazırkı vəziyyət bir daha təsdiq edir ki, bu yaş dövründə olan uşaqların bir qismi sürətlə inkişaf edir, müəyyən qədəri isə geri addımlayır. Yeni uşaqlar tapdığımıza görə sevinirik. Onlardan gələcək üçün müəyyən şeylər gözləyirik.

- U-19-un üzvü Araz Abdullayevin “Rubin”in əvəzedici komandasına baxışa yollanması barədə nə deyə bilərsiniz?
- Yığmanın məşqçisi kimi bu işlərə qarışmaq istəmirəm. Sadəcə, tək Arazın deyil, digər futbolçularımızın da daha səviyyəli çempionatlarda çıxış etməsini, dünya görüşünü formalaşdırmasını, pul qazanmasını arzulayıram. Çünki onların xarici klublarda oynaması yığmanın uğurlu çıxış etməsinə də öz təsirini göstərəcək.

- Növbəti hazırlıq planı necədir?
- Komanda martın 3-də Almaniyaya gedəcək. 11 gün təlim-məşq toplanışı keçirməklə yanaşı, Bundesliqa təmsilçilərindən 3-nün gənc komandaları ilə yoldaşlıq oyununda gücümüzü sınayacağıq. Aprelin 1-də isə İtaliyaya yollanacağıq. Orada da 11 gün qalacağıq. İtaliyada güclü komandaların iştirakı ilə mini-turnir təşkil ediləcək. Bu turnirdə iştirak edəcəyik. Daha sonra Avropa çempionatının elit mərhələsində çıxış etmək üçün Türkiyəyə yollanacağıq.

- Elit mərhələdəki rəqiblər barədə hansı yenilikləri öyrənmisiniz?
- Hazırda rəqibləri təhlil etmək mərhələsindəyik. Onların iştirakı ilə keçirilmiş oyunların videoyazısı bizə göndərilib.

- Martın 3-də isə U-21 Avropa çempionatının qrup mərhələsi çərçivəsində Şotlandiya ilə qarşılaşacaq. Bu oyuna komanda necə hazırlaşacaq?
- Fevralın 22-də təlim-məşq toplanışına başlayacağıq. Bundan əvvəl bir araya gəlməyimiz mümkün deyil. Çünki Premyer Liqanın oyunları var. Təxminən 5 gün Bakıda hazırlıq keçdikdən sonra fevralın 27-də Şotlandiyaya yollanacağıq. Komandaya
U-19-un formasını geyinən futbolçulardan bir neçəsini dəvət edəcəyik. Çünki məşqlərdən sonra belə qənaətə gəldik ki, U-19-un bəzi futbolçuları U-21-də oynamağa daha çox layiqdirlər. Həmin uşaqlar inkişaf etməyə hazırdırlar.

- Şotlandiya ilə oyunda yaxşı nəticəyə ümid etmək olarmı?
- Əgər məşqçi kimi hansısa yaxşı nəticəyə ümidin yoxdursa, onda işləməsən, daha yaxşıdır.

- Artiq final mərhələsi 2012-ci ildə Polşa və Ukraynada keçiriləcək Avropa çempionatının ilkin qrup mərhələsinin püşkü atılıb. Yığmamız Almaniya, Türkiyə, Belçika, Avstriya və Qazaxıstanla A qrupunda mübarizə aparacaq. Bir mütəxəssis kimi, millimizin yer aldığı qrup barədə fikirlərinizi bilmək maraqlı olardı.
- Azərbaycanın yenidən Almaniya ilə qarşılaşacağına sevinirəm. Bu Allahın bir qismətidir ki, Azərbaycanda çalışan alman məşqçilər öz həmvətənlərinə qarşı mübarizə aparacaq. Qrupda Türkiyə və Qazaxıstan kimi komandaların olması maraqlıdır. Əsas komandaya yeni qanın gətirilməsi, yəni aşağı yaşlı yığmalardan əsas milliyə yeni uşaqların gətirilməsi sayəsində müsbət dəyişikliklər olacaq. Bunun müqabilində Azərbaycan yığması daha çox xal toplaya biləcək.

- Siz hansısa proqnoz verə bilərsiniz?
- Komandanın konkret neçə xal toplayacağını və hansı pillədə qərarlaşacağını deyə bilmərəm. Amma son çempionatla müqayisədə daha çox xal toplayacağına əminəm.

Mənbə: “Futbol dünyası” qəzeti

bu xəbər 453 dəfə oxunub

 
 
FUTBOL
     
 
“Həmin epizodda top Rəşadın əlinə dəymişdi”

“Fərid Quliyev heyətə düşmək üçün mübarizə aparmalıdır” MÜSAHİBƏ

Polşada vurulan yeni rekord, yaxud “Qarabağ”ın digər klublarımızdan fərqi

Şafer: Onlar özlərini həvəskar kimi aparırlar - MÜSAHİBƏ

Elvin Əliyev: Bu il bizim qarşımızda dayanan komanda olmayacaq

 
  Digər xəbərləri

  Zinəddin Zidan Fransa yığmasına qayıtmağa razılıq verdi
  Juninyo: “Bakı” və “Xəzər-Lənkəran”ı müqayisə etsəm, məni səhv başa düşərlər
  “Həmin epizodda top Rəşadın əlinə dəymişdi”
  Polşa mətbuatı “Qarabağ”dan yazır
  “Fərid Quliyev heyətə düşmək üçün mübarizə aparmalıdır” MÜSAHİBƏ
  Afrikalılar “Bakı”ya məktub göndərdi
  Polşada vurulan yeni rekord, yaxud “Qarabağ”ın digər klublarımızdan fərqi
  “Bakı” da “İnter”in yolu ilə gedir”
  Şafer: Onlar özlərini həvəskar kimi aparırlar - MÜSAHİBƏ
  Rafal Boquski: Bu məğlubiyyətin əvəzini Bakıda çıxmalıyıq
  Maradona ona xəyanət edənlərin adını açıqladı
  “Qalatasaray” işini çətinə saldı
  244 gün sonrakı sevinc
  Elvin Əliyev: Bu il bizim qarşımızda dayanan komanda olmayacaq
  Unibank Premyer Liqasının təqvimi təsdiqləndi
  “Visla”nın kapitanı Bakıda qələbə qazanmağın yolunu göstərdi
  Juravski: “Qarabağ”a uduzduğumuza görə, məsuliyyəti öz üzərimə götürürəm
  “Biz bu gün çox imkanlardan yararlana bilmədik”
  Qurban Qurbanov: Bu qələbəyə görə heç də təəccüblənmirəm
  Krakov şokda! - FOTOSESSİYA
  “Qarabağ” Polşanı da fəth etdi - YENİLƏNİB
  “Xəzər-Lənkəran”da daha bir rumınyalı futbolçu - FOTO
  Şafer yerli futbolçu axtarır
  Vinfred Şafer təkzib edir: Juninyo komandada qalacaq
  “İki qələbə qazanıb, mübarizəni dayandırmaq üzücüdür”
  “Neftçi” bəyanat yaydı
  Mirça Rednikin “Xəzər-Lənkəran”da ilk rumıniyalı transferi
  Karlos Keyruş Portuqaliya yığmasından qovulur
  Arda Turan: Avropada birinci, dünyada ikinci!
  “İnter” “Qalatasaray”ın futbolçusu uğrunda mübarizəyə girişdi
  Kriştanu Ronaldo “mavi” çıxdı - FOTO
  “Fulhem” Hyuza tapşırıldı
  “İnter” tender elan etdi
  Andrey Şevçenko jurnalistin pul qabını oğurladı
  Bunoza: “Qarabağ”la oyunda özümü göstərmək istəyirəm
  “Qəbələ”nin sonuncu rəqibi müəyyənləşdi
  Ramazan ayında futbolçulara xüsusi icazə
  Adamiya: Təki həmişə Əfran qol vursun, biz mərhələ keçək
  Bəxtiyar Soltanov: O hadisədən sonra toparlanmağa çalışırıq
  Roman Pokora Avropa Liqasından danışdı
  “Neftçi” mərkəzi arenaya köçür
  Respublika stadionunda dəyişiklik edilir
  Kleber “Qarabağ”la oyunu buraxa bilər
  “Araz”ın oyunlarının təqvimi açıqlandı
  “Gəncə” heç-heçə ilə qayıdır
  “Visla” – “Qarabağ” matçı Azərbaycanda canlı yayımlanacaq!
  Honduras yığması Reynaldo Rueda ilə vidalaşdı
  “Qarabağ” reqbi komandası ilə müqayisə olundu
  Silvio Danailov: Şəhriyar Məmmədyarov Kazanda iştirak etməməlidir!
  Ərgün Pəmbə qapıçımızı ehtiyatda saxladı
  “Kənardan kimsə qışqıranda, yerli-yersiz müdaxilə edəndə, oyunum heç cür alınmır”
  “Qarabağ” “Hutnik”də - FOTOSESSİYA
  Daniel Axtyamov türk klubunda
  “Fənərbaxça” İsveçrədə qələbəni əldən verdi
  “Bakı”da “qara siyahı”ya düşənlər bəllidir
  Qurban Qurbanov: “Visla” kağız üzərində favoritdir
  Henrik Kasperçak: “Qarabağ” Avropa klublarına başağrısı olub
  Argentina yığması yeniləndi
  Son ümidimiz - “Qarabağ”!
  “Neftçi” Bakıya məğlubiyyətlə qayıdır
  Türk klubu azərbaycanlı futbolçu axtarır
  Əfran İsmayılov: Mətbuatın nə yazdığı məni maraqlandırmır
  Fatih Təkkə klub alır
  “Sxadadze mənim köməkçi-məşqçi olmağımı istəyir”
  Kamran Ağayev: Bir ildən sonra futboldan uzaqlaşacağam
  Amansız “panlar”, 14 illik sindrom və yenə Krakov
  Polşalılar Berti Foqtsun iş yerini səhv saldılar
  Ruslan Əmircanov hücumçulardan narazı qalıb
  Hacıyev “Gəncə”nin baş məşqçisi təyin edildi!
  “Qarabağ”a uduzsaq, bu, bizim üçün dəhşətli nəticə olacaq”
  Nadir Nəbiyev “Simurq”a keçə bilər
  “Gəncə” axtardığını Gürcüstanda tapdı
  “Vitebsk”in yarımmüdafiəçisi “Turan”da - FOTO
  Azərbaycan futbolçuları üçün xanım hakim - FOTO
  “Xəzər-Lənkəran”ın qarşısına qoyduğu məqsədin nə olduğunu bilmirəm”
     
 
  BÜTÜN XƏBƏRLƏR  
   
30 İYUL
 


  15:29 Zinəddin Zidan Fransa yığmasına qayıtmağa razılıq verdi  
  14:59 Juninyo: “Bakı” və “Xəzər-Lənkəran”ı müqayisə etsəm, məni səhv başa düşərlər  
  14:42 “Həmin epizodda top Rəşadın əlinə dəymişdi”  
  14:13 Polşa mətbuatı “Qarabağ”dan yazır  
  13:59 “Fərid Quliyev heyətə düşmək üçün mübarizə aparmalıdır” MÜSAHİBƏ  
  13:44 Afrikalılar “Bakı”ya məktub göndərdi  
  13:35 Azərbaycan yığması üçün daha bir bolqarıstanlı legioner  
  13:16 Polşada vurulan yeni rekord, yaxud “Qarabağ”ın digər klublarımızdan fərqi  
  13:00 “Bakı” da “İnter”in yolu ilə gedir”  
  12:53 Mayk Tayson Kəbəni ziyarət etdi  
  12:44 Şafer: Onlar özlərini həvəskar kimi aparırlar - MÜSAHİBƏ  
  12:31 Rafal Boquski: Bu məğlubiyyətin əvəzini Bakıda çıxmalıyıq  
  12:23 Maradona ona xəyanət edənlərin adını açıqladı  
  12:14 “Qalatasaray” işini çətinə saldı  
  12:02 ABŞ və Bolqarıstan yığmasının üzvləri Azərbaycan çempionatında  
  11:47 244 gün sonrakı sevinc  
  11:29 Elvin Əliyev: Bu il bizim qarşımızda dayanan komanda olmayacaq  
  11:15 Unibank Premyer Liqasının təqvimi təsdiqləndi  
  11:01 “Visla”nın kapitanı Bakıda qələbə qazanmağın yolunu göstərdi  
  10:52 Məmmədyarovalardan uğursuz sonluq  
  10:28 Daha bir atletimiz Avropa çempionatının finalında  
  10:04 Juravski: “Qarabağ”a uduzduğumuza görə, məsuliyyəti öz üzərimə götürürəm  
  09:46 İdmançımız dünya çempionatında bürünc medal qazandı  
  02:13 “Biz bu gün çox imkanlardan yararlana bilmədik”  
  02:05 Qurban Qurbanov: Bu qələbəyə görə heç də təəccüblənmirəm  
  01:52 Krakov şokda! - FOTOSESSİYA  
  00:55 “Qarabağ” Polşanı da fəth etdi - YENİLƏNİB  
  00:34 “Xəzər-Lənkəran”da daha bir rumınyalı futbolçu - FOTO  
  00:25 Şafer yerli futbolçu axtarır  
  00:11 Vinfred Şafer təkzib edir: Juninyo komandada qalacaq  
  00:06 “İki qələbə qazanıb, mübarizəni dayandırmaq üzücüdür”  
   
29 İYUL
 


  22:11 “Neftçi” bəyanat yaydı  
  18:10 Mirça Rednikin “Xəzər-Lənkəran”da ilk rumıniyalı transferi  
  17:58 Karlos Keyruş Portuqaliya yığmasından qovulur  
  17:47 Arda Turan: Avropada birinci, dünyada ikinci!  
  17:10 “İnter” “Qalatasaray”ın futbolçusu uğrunda mübarizəyə girişdi  
  16:36 Kriştanu Ronaldo “mavi” çıxdı - FOTO  
  16:18 “Fulhem” Hyuza tapşırıldı  
  16:08 “İnter” tender elan etdi  
  15:43 Andrey Şevçenko jurnalistin pul qabını oğurladı  
  15:30 Bunoza: “Qarabağ”la oyunda özümü göstərmək istəyirəm  
  15:17 “Qəbələ”nin sonuncu rəqibi müəyyənləşdi  
  15:06 Cahangir Əsgərov veteranlara 200 manat təqaüd ayırdı  
  14:57 Ramazan ayında futbolçulara xüsusi icazə  
  14:45 Adamiya: Təki həmişə Əfran qol vursun, biz mərhələ keçək  
  14:13 Bəxtiyar Soltanov: O hadisədən sonra toparlanmağa çalışırıq  
  13:21 Roman Pokora Avropa Liqasından danışdı  
  13:13 “Neftçi” mərkəzi arenaya köçür  
  12:57 Respublika stadionunda dəyişiklik edilir  
  12:40 Kleber “Qarabağ”la oyunu buraxa bilər  
  12:32 “Araz”ın oyunlarının təqvimi açıqlandı  
  12:01 “Gəncə” heç-heçə ilə qayıdır  
  11:53 “Visla” – “Qarabağ” matçı Azərbaycanda canlı yayımlanacaq!  
  11:37 Honduras yığması Reynaldo Rueda ilə vidalaşdı  
  11:23 “Qarabağ” reqbi komandası ilə müqayisə olundu  
  11:16 Silvio Danailov: Şəhriyar Məmmədyarov Kazanda iştirak etməməlidir!  
  11:05 Ərgün Pəmbə qapıçımızı ehtiyatda saxladı  
  10:50 “Kənardan kimsə qışqıranda, yerli-yersiz müdaxilə edəndə, oyunum heç cür alınmır”  
  10:39 “Qarabağ” “Hutnik”də - FOTOSESSİYA  
  09:58 Daniel Axtyamov türk klubunda  
  09:29 “Fənərbaxça” İsveçrədə qələbəni əldən verdi  
  00:53 “Bakı”da “qara siyahı”ya düşənlər bəllidir  
  00:43 Qurban Qurbanov: “Visla” kağız üzərində favoritdir  
  00:24 Henrik Kasperçak: “Qarabağ” Avropa klublarına başağrısı olub  
 
   
   
   
   
     

  PREMYER LİQA  
komandalar o q h m t x
1 İnter2078522-1929
2 Bakı2077619-1528
3Qarabağ2069516-1827
4 Xəzər-Lənk.2069519-1427
5 Neftçi20411511-12 23
6 Qəbələ2048818-27 20
1Olimpik-Şüv.20106427-1536
2Simurq2087521-2131
3Turan2078527-22 29
4Muğan2076717-1627
5Standard2074926-23 25
6Karvan20271114-35 13


XVIII Azərbaycan çempionatı başa çatdı

  HƏMİŞƏ BURDA ...  

Toni Adamsın debütü Lənkəranda olacaq!

“Fənərbaxça” İsveçrədə qələbəni əldən verdi

“Qarabağ” III mərhələdə! “Bakı” avrokuboklarla vidalaşdı

Bizim Arxiv

   TOP 10
“Qarabağ” Polşanı da fəth etdi - YENİLƏNİB
Kriştanu Ronaldo “mavi” çıxdı - FOTO
“Neftçi” Bakıya məğlubiyyətlə qayıdır
“Qarabağ” duyuq düşdü
“Visla” – “Qarabağ” matçı Azərbaycanda canlı yayımlanacaq!
Kamran Ağayev: Bir ildən sonra futboldan uzaqlaşacağam
Mirça Rednikin “Xəzər-Lənkəran”da ilk rumıniyalı transferi
Respublika stadionunda dəyişiklik edilir
Krakov şokda! - FOTOSESSİYA
“Neftçi” mərkəzi arenaya köçür
 
Sayt haqqında Əlaqə


Sayt Mozilla Firefox, , Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2004-2008 APA. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by APA