Salyanın “Muğan” klubu ilə bu gün keçirilən qarşılaşma Bakının “Olimpik-Şüvəlan” komandası üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının XIX turundakı bu qələbə paytaxt təmsilçisinin ölkə çempionatının yüksək liqasında 50-ci belə uğurudur. 2005/06 mövsümündən güclülər dəstəsində çıxış edən “Olimpik-Şüvəlan” yubiley – 50-ci qələbəsini özünün Premyer Liqadakı 6-cı mövsümündə qazanıb.