İyunun 12-28-də Bakıda keçiriləcək ilk Avropa Oyunlarının çimərlik voleybolu yarışlarında iştirak etməli olan polşalı Mariuş Prudel ölkəmizə gələsi olmayıb. Apasport.az saytının məlumatına görə, buna səbəb 2013-cü ildə Avstriyada keçirilən qitə çempionatının bürünc mükafatçısının zədələnməsidi.
Belə ki, 2 il öncə Qjeqoj Fiyaleklə cütlük təşkil edərək, fəxri kürsüyə yüksələn ölkəsinin aparıcı voleybolçusu üçün ümumilikdə 2015-ci il bitib. Çünki ayaq barmaqları qırılan Prudelin tezliklə karyerasını bərpa etməsi mümkün deyil.
London Olimpiadasında 5-ci olan Prudel – Fiyalek cütünü paytaxtda kimin əvəzləyəcəyi dəqiqləşməyib. Lakin Qjeqoj artıq Polşanın bir neçə aparıcı voleybolçusu ilə məşqlərə başlayıb.
Qeyd edək ki, Bakı-2015-də 64 komandanın (32 kişi, 32 qadın) qatılacağı çimərlik voleybolu üzrə yarışlar iyunun 16-21 olacaq.
- Azərbaycanın trek velosipedi üzrə millisi Slovakiyada beynəlxalq yarışda iştirak edəcək
- Bakıda Ümumdünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçirilib
- Azərbaycan birinciliyinin qalibləri bəlli olub
- Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlanıb
- Velosiped idmanının trek növü üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib