İspaniya millisinin şoka salıb, “Xəzər Lənkəran”a gəlir
00:21 04-02-2012
Font ölçüsü : a | A
“Xəzər Lənkəran” heyətinə daha bir hücumçu cəlb edir. Apasport.az saytının xəbərinə görə, Kosta-Rika millisinin üzvü, “El-Çikue” ləqəbli Rendall Brenes karyerasını ölkəmizdə davam etdirməyə yaxındır.
“Kartagin” klubunun yetirməsi olan 28 yaşlı hücumçu vətənində yalnız bu komandanın şərəfini qoruyub. 2005-10-cu illərdə Norveçdə legioner həyatı yaşayan Rendall “Bodo Qlimt” və “Kunqsvinger”də forma geyinib.
2005-ci ildən Kosta-Rika yığmasına cəlb olunan Brenes millidə 16 oyuna 5 qol vurub. O, yığmada son qolunu ötən il noyabrın 15-də İspaniya millisinə vurub. 2:2 hesabı ilə nəticələnən oyunda ilk qolu “El-Çikue” vurmuşdu.
bu xəbər
3582 dəfə oxunub
|