AZE   RUS
MOBILE      WAP    
 
 
 
ANA SƏHİFƏ AÇ-2012 LONDON-2012 FUTBOL TOP OYUNLARI DÖYÜŞ NÖVLƏRİ ATLETİKA STOLÜSTÜ OYUNLAR DİGƏR NÖVLƏR
 
“Böyük Dəbilqə”yə uğursuz start - YENİLƏNİB
17:52 04-02-2012
Font ölçüsü :   a   |   A


Bu gün Fransanın paytaxtı Parisdə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, London-2012-yə lisenziya xalları verən yarışın ilk günü tatamiyə 5 cüdoçumuz çıxıb. Lakin onlardan heç biri mükafatçılar sırasına düşə bilməyib.

Kişilər
60 kq
İlk mərhələdən azad olan milli komandamızın ən yüngül çəkili idmançısı İlqar Müşkiyev ilk görüşündə Tomas Cado-Dyukla (Fransa) qarşılaşıb. Gərgin keçən döyüşün başa çatmasına 12 saniyə qalmış həmyerlimiz rəqibi üzərində təmiz qələbə qazanıb.

O, daha bir mərhələ adlamaq üçün avstriyalı Ludviq Paisçerlə döyüşüb və bu dəfə də ipponla qalib gələrək, 1/4 finala vəsiqə qazanıb.

Yarımfinala çıxmaq üçün İlqarın rəqibi gürcüstanlı Amiran Papinaşvili olub. Lakin həmyerlimiz növbəti mərhələyə yüksələ bilməyib və uduzaraq, 5-ci yeri tutub.

66 kq
Bu çəki dərəcəsində tatamiyə çıxan Tərlan Kərimov da mübarizəyə ikinci mərhələdən qoşulub. Lakin həmyerlimizin Pyerre Dupratla (Fransa) görüşü məğlubiyyətlə başa çatıb. Belə ki, döyüşün əsas və əlavə vaxtı heç-heçə başa çatdığından qalibi hakimlər müəyyənləşdirib. Ədalət təmsilçiləri isə qələbəni fransalı idmançıya veriblər.

73 kq
Rüstəm Orucov da Müşkiyev və Kərimov kimi ilk mərhələni tamaşaçı kimi izləyib. O, ilk görüşündə koreyalı Yunq Von Kimlə qarşılaşıb. Görüş həmyerlimiz üçün uğurlu alınıb və Rüstəm cəmi 26 saniyəyə rəqibinə ipponla qalib gəlib.

O, növbəti mərhələdə monqolustanlı Nyam-Oçir Sainjarqalla gücünü yoxlayıb. Təəssüf ki, Orucov bu dəfə məğlub olub və yarışı vaxtından əvvəl dayandırıb.

Qadınlar
57 kq
Yığmamızın lideri Kifayət Qasımova ilk görüşündə sinqapurlu Hortans Didyu ilə münasibətlərinə aydınlıq gətirib. Həmyerlimiz gözlənildiyi kimi, rəqibi üzərində asan qələbəyə sevinib. Qasımovaya Didyuya qalib gəlmək üçün cəmi 44 saniyə kifayət edib.

O, növbəti mərhələdə İrina Zabludina (Rusiya) ilə döyüşüb. Görüş təmsilçimiz üçün çətin keçib və 127 saniyədən sonra ipponla uduzub.

63 kq
Ramilə Yusubovanın ilk görüşündə rəqibi Kot d İvuar təmsilçisi Rokiatou Koulibali olub. Həmyerlimiz rəqibini tatamiyə çıxmağa peşman edib. O, Koulibalini 90 saniyəyə məğlub edərək, növbəti mərhələyə yüksəlib.

Bu dəfə Yusubova yaponiyalı Kana Abeni sınağa çəkib. Döyüş rəqibin qələbəsi ilə yekunlaşıb və Ramilə də yarışı vaxtından əvvələ dayandırmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, yığmamızın 3 cüdoçusu mübarizəyə sabah qoşulacaq. 150 min ABŞ dolları mükafat fondu olan yarışın qalibi 300 lisenziya xalına yiyələnəcək.

bu xəbər 2489 dəfə oxunub

FaceBookda Paylas Twitter da Paylas Google da Paylas MySpace de Paylas
 
 
DÖYÜŞ NÖVLƏRİ
     
 
Yelena Vıstropova: O qədər həyəcanlıyam ki... - MÜSAHİBƏ

Saypulla Absaidov: Əsas məqsədimiz Dünya Kubokunu qazanmaqdır

“Çəkimi dəyişsəm də, adımı itirmədim”

Rəhimovun arzusu puç oldu - YENİLƏNİB

Məhəmmədov lisenziya qazana bilmədi - YENİLƏNİB

 
  Digər xəbərləri

  Boksçumuz dünya çempionatında gümüş medal qazandı
  Yığmamızı formalaşdıracaq güləşçilər
  Avropa Kubokunda 23 azərbaycanlı
  Yelena Vıstropova: O qədər həyəcanlıyam ki... - MÜSAHİBƏ
  Olimpiyaçımız rəqibinin ad günündə çempionluq döyüşünə çıxacaq
  2 boksçumuz növbəti mərhələdə
  Boksçumuz dünya çempionatının yarımfinalında!
  Rəqibi boksçumuzun qarşısına çıxa bilmədi
  Qoqi Koquaşvili: Azərbaycan Dünya Kubokunu qazana bilər
  Dünya Kuboku: Azərbaycan yığmasının heyəti dəqiqləşdi
  Maranyan və Arutyunyan yığmamıza rəqib oldu
  Boksçularımız 15 medal qazandılar
  Boksçumuzdan daha bir qələbə
  Yığmamız üçün eyni reytinq
  Erməni üzərində layiqli qələbə
  Dünya Kuboku İrana getdi
  Bakıdakı Dünya Kubokunun püşkü atıldı
  Dünya çempionatında rəqiblərimiz bilindi
  “Böyük Dəbilqə” üçün yığmamızın heyəti açıqlandı
  Yığmamız Rusiya ilə birgə hazırlıq keçəcək
  Rusiya yığması Bakıya gətirəcəyi heyəti açıqladı
  FİLA prezidenti Bakıda mətbuat konfransı keçirəcək
  Saypulla Absaidov: Əsas məqsədimiz Dünya Kubokunu qazanmaqdır
  Dünya Kuboku üçün Azərbaycan yığmasının heyəti açıqlanıb
  London Olimpiadasına 51-ci lisenziya
  Hindistan millisi Bakıya gəlir
  Boksçumuz Rusiyadan qızıl medalla qayıdır
  “Çəkimi dəyişsəm də, adımı itirmədim”
  Qızıl görən olmadı
  19 medal və komanda hesabında I yer
  Ramin Əzizov Mançesterdə gümüş medal qazandı
  Rəhimovun arzusu puç oldu - YENİLƏNİB
  Qran-Pri başlamayıb, Kifayət Qasımova finaldadı
  Məhəmmədov lisenziya qazana bilmədi - YENİLƏNİB
  Qadın boksçularımız dünya çempionatına hazırlaşırlar
  Həmyerlimiz Mançesterdə rəqibin əlini sındırdı - FOTO
  Bakı Qran-prisində 21 ölkə
  Taekvondoçumuz Avropa çempionatında gümüş medal qazandı
  9 ölkənin millisi Azərbaycana gəlir
  “Rəqibim erməni olmasaydı, imtina edərdim”
  Fariz Məmmədovun rəqibi erməni oldu
  Boksçularımız Umaxanov turnirində
  Milli komandamızın planları rəsmən açıqlandı
  Avropa bürüncü ilə 6 pillə irəlilədi
  Daha 5 lisenziyaya doğru
  İdmançımız avtomobil qəzasında öldü
  London-2012: Azərbaycan - Ermənistan – 7:1
  Milli komandamız Mançesterə yollandı
  Azərbaycan London Olimpiadasına 49-cu lisenziyanı qazandı
  Şalva Qadabadze London Olimpiadasına 42-ci lisenziyamızı qazandı
  10 idmançıya 1 bürünc medal
  Çində ikinci qızıl və ikinci lisenziya - YENİLƏNİB
  Avropa çempionatında hələ medala həsrətik
  Xetaq Qazyumov Çindən lisenziya və qızılla qayıdır
  Taekvondoçumuz üçün xüsusi mükafat
  “O, həm özünü, həm də idmançıları yormuşdu” - MÜSAHİBƏ
  Boks Federasiyasından möhtəşəm layihə - FOTO
  İlk gündə uğursuzluq
  Boks yığmamızın baş məşqçisi istefa verdi
  Güləşçilərimiz Çinə yollandılar
  Güləşçilərimizdən növbəti lisenziya
  Trabzon turniri başa çatdı
  Vətən Hüseynli: Dəqiq zərbə vurmaq çətin idi
  Həm lisenziya, həm çempion
  Vətən Hüseynli Londona lisenziya qazanan 7-ci boksçumuz oldu
  Boksçumuz döyüşmədən finala yüksəldi
  Boksçularımız TvEM-də
  Boksçularımız Minskə gedəcəklər
  “Olimpiadada qalib gələ bilməyəcəyim rəqib olmayacaq”
  “Bu, son illərdə əldə olunmuş ən böyük nailiyyətlərdən biridir”
  Güləş yığmalarımızın heyəti açıqlandı
  Daha bir Azərbaycan boksçusu olimpiaya lisenziyası qazandı
  Ağayar Axundzadə: Bütün narazılara şans veriləcək
  Kəmaləddin Heydərov Trabzonda İsayevin döyüşünü izlədi
  İsayev yenə bərabər mübarizədə uduzdu
     
   
 
 
   
 
 
   
 
     

  PREMYER LİQA  
komandalar o q h m tx
1
Neftçi32203955-3063
2
Xəzər L32178744-2859
3
İnter32168829-2156
4
Qarabağ32158937-2853
5
Qəbələ321571043-3252
6
Bakı321551242-3650
7
AZAL321281244-4447
8
Rəvan3210111139-3941
9
Simurq328101427-4134
10
Kəpəz32951835-5532
11
Turan32671926-4225
12
Sumqayıt32662027-5224

“Sumqayıt” I diviziona düşdü, “Turan” pley-offda

  HƏMİŞƏ BURDA ...  

Premyer Liqanın təqvimi açıqlandı

Finalçılar müəyyənləşdi

“Atletiko” 2-ci dəfə Avroliqanın qalibi oldu

Bizim Arxiv

   TOP 10
“Bakı” çempionu məğlub edib, üçüncü dəfə kuboka qovuşdu
“Xəzər Lənkəran”da yarpaq tökümü
PFL-dən yeni təklif: 7-ci yerin sahibi avrokuboklara getsin!
Yay bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR
Əlvida, 7 gözəl!
“Neftçi” intizamsız legionerləri qovdu
“Xəzər Lənkəran”ın komandaları – ARAŞDIRMA
“Neftçi”də görünməmiş biabırçılıq: “Zəif”in istefası yetişir
Sadıq Sadıqov: Onu “Villyareal” da istəyir
“Olimpiakos”un sabiq baş məşqçisi “Bakı”ya gəlir!?
 
Sayt haqqında Əlaqə


Sayt Mozilla Firefox, , Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2004-2008 APA. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by APA