“Bakı”nın oyununu belaruslu hakim idarə edəcək
14:14 19-02-2012
Font ölçüsü : a | A
Qadın voleybolçular arasında “Çelenc Cup”ın 1/4 final mərhələsinin ilk matçlarının hakimləri bəlli olub. Apasport.az saytının məlumatına görə, fevralın 22-də keçiriləcək “Omiçka” (Rusiya) – “Bakı” (Azərbaycan) duelində əsas fit sahibi Aleksandr Piasetski (Belarus) olacaq. Görüşdə II hakim funksiyasını Kaspars Timermanis (Latviya) yerinə yetirəcək.
“Brno” (Çexiya) - “Lokomotiv” (Azərbaycan) qarşılaşmasını isə Cihat Firincioğlu (Türkiyə) və Emmanouil Geoegiadis (Yunanıstan) idarə edəcəklər.
Qeyd edək ki, “dəmiryolçular”ın da oyunu fevralın 22-nə təsadüf edəcək.
bu xəbər
417 dəfə oxunub
|