“Brno” Bakıya bilet sifariş etdi
10:24 10-02-2012
Font ölçüsü : a | A
Qadın voleybolçular arasında “Çelenc Cup”ın 1/4 final mərhələsində Bakının “Lokomotiv” klubunun rəqibi bəlli olub. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” Çexiyanın “Brno” klubu ilə qarşılaşacaqlar.
“Lokomotiv” ilk oyununa fevralın 21-23-də səfərdə, cavab matçına bir həftə sonra Bakıda çıxacaq.
Qeyd edək ki, “Brno” “Qızıl set” sayəsində mərhələ adlayıb. Onlar evdə 3:2 hesabı ilə Ukraynanın “Ximik” klubuna qalib gəlsələr də, səfərdə 1:3 hesabı ilə uduzublar. Lakin “Qızıl set”də 15:10 hesablı qələbə çexlərinin 1/4 finala yüksəlməsi ilə nəticələnib.
bu xəbər
474 dəfə oxunub
|