“Bu gün 1/4 finala vəsiqəni təmin edə bilərik”
11:15 03-02-2012
Font ölçüsü : a | A
“Yığmamız üçün bu, Avropa çempionatlarının ardıcıl 3-cü final mərhələsidir. Bu dəfə əvvəlkilərdən uğurlu oynamaq istəyirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Serbiya milli komandasının baş məşqçisi Atsa Kovaçeviç deyib.
O, Xorvatiyada keçirilə Avro-2012-nin final mərhələsinin Azərbaycanla bu gün baş tutacaq qarşılaşması haqda fikirlərini açıqlayıb: “Lakin çox çətin, bərabər səviyyəli komandaların yer aldığı qrupa düşmüşük. Azərbaycanla bu gün keçirəcəyimiz qarşılaşma bizim üçün həlledici ola bilər. Çünki qələbə qazanmaqla 1/4 finala vəsiqəni təmin edəcəyik”.
Qeyd edək ki, millimiz Serbiyaya uduzacağı halda Avropa çempionatı ilə vidalaşacaq.
bu xəbər
411 dəfə oxunub
|