AZE   RUS
MOBILE      WAP    
 
 
 
ANA SƏHİFƏ AÇ-2012 LONDON-2012 FUTBOL TOP OYUNLARI DÖYÜŞ NÖVLƏRİ ATLETİKA STOLÜSTÜ OYUNLAR DİGƏR NÖVLƏR
 
“Hamı məni yaxşı futbolçu kimi yada salacaq” - MÜSAHİBƏ
00:00 03-02-2012
Font ölçüsü :   a   |   A


“Bakı"nın braziliyalı yarımmüdafiəçisi Xavyer Juniorun müsahibəsi

Futbola gəlişiniz necə baş verdi?
Kiçik bir savanna şəhəri olan Araponqassda doğulmuşam. Buradan Sao Paoloya 5 saatlıq yoldur. Atam da peşəkar futbolçu olub. Uşaqlıqda onu izləmək üçün qəsəbəmizin meydançasına gedərdim. O həm də mən oxuduğum orta məktəbdə bədən tərbiyəsi müəllimi işləyirdi. Atam və anam bir yerdə işləyirdilər. Braziliyada uşaq ayaq açandan futbol oynayır. Mən də ayağım yer tutandan futbola başladım. Televizorda atamla birgə futbol matçlarını izləyərdim. Ən çox Romario və Ronaldonu xoşlayırdım. Karyerama 14 yaşımda yerli bölgəni təmsil edən “Londrina”da başladım.

Uşaqlığınızla bağlı hansı maraqlı hadisəni xatırlıyırsınız?
Bir dəfə məktəbdə oxuduğum vaxt uşaqlarla dərsdən qaçıb futbol oynamağa getdik. Bu mənə çox baha başa gəldi. Valideynlərim bundan xəbər tutdular. Onlar mənim dərslərimə çox ciddi nəzarət edirdilər. Cəza kimi məni 1 ay futbol oynamaqdan məhrum etdilər. 10 gün keçməmiş atamın ürəyi yumşaldı. Anamın etirazına baxmayaraq o məni yanına çağırıb topumu qaytardı.

Bundan sonra “Fluminense”yə, sonra isə vətəndən uzağa - İtaliyaya gedəsi oldun. İtaliya macəranı bir daha xatırlayaq ..
İtaliya A seriyasında mübarizə aparan “Kiyevo” klubuna transfer oldum. İtaliyada mən futbolçu kimi yetişdim. Həyatım 90 dərəcə dəyişdi. Məsuliyyət hissim artdı. Ilk dəfə böyük bir klubun nə olduğunu, onun dəyər və rəmzlərinin nə olduğunu hiss etdim. Peşəkarlaşmağımda İtaliyada keçirdiyim 6 ayın böyük rolu oldu. Yaşım az olduğu üçün əvəzedici heyətdə oynadım.

Birdən-birə Sloveniya kimi balaca bir ölkənin çempionatına üz tutdunuz?
Mən elə futbolçuyam ki, heç vaxt belə təftişlər etmirəm. Harada özümü rahat hiss edirəmsə, harada mütəmadi oynayıramsa, oranı seçirəm. Maddi maraq mənim üçün ikinci plandadır. Ona görə də Sloveniyanın “Domjole” klubundan gələn təklifə cavab verdim. Bu klubla ölkə vitse çempionu və kubokunun qalibi olduq. Komandamın və çempionatın ən yaxşı futbolçularından biri oldum.

Bütün bunlara baxmayaraq yenə də karyeranızda dəyişiklik etmək qərarına gəldiniz?
Elə hesab edirəm ki, “Bakı”nı seçməklə düzgün addım atmışam. Komandamızın çıxışı hələlik gözlənilən səviyyədə olmasa da, özümü bu komandada çox xoşbəxt hesab edirəm. İnanıram ki, mövsümün sonunda titullardan birini ələ keçirəcəyik.

Gününüzün əksər hissəsi klub bazasında keçir. Burada yaradılan şərait və infrastruktur barədə nə deyə bilərsiniz?
Yeni və müasir bir baza tikilib. Azərbaycanda digər klubların bazaları ilə tanışlığım olmasa da, “Bakı”nın ən yaxşılarından biri olduğu fikrindəyəm. Hər gün buraya avtobuslarla yüzlərlə uşaq və yeniyetmələr məşqlərə gəlir. Bu hər şeydən öncə həmin uşaqların narkotiklər və spirtli içkilərdən, cinayət və cinayətkarlardan uzaqlaşdırır. Gənclər sağlam ruhda yetişirlər. Onların hamısı futbolçu olmayacaq. Akademiyanın əhəmiyyəti üçün təkcə bu faktor yetər.

Bildiyimə görə, yaxın vaxtlarda klubun prezidenti bazanın daha da genişləndirilməsini nəzərdə tutub. Bütün bunlar Azərbaycan kimi kiçik bir dövlətin dünyada tanınmasına böyük təkan olacaq. Müqayisə üçün onu deyə bilərəm ki, çıxış etdiyim “Domjole” klubunun infrostrukturu “Bakı”nınkından qat-qat zəif idi. Fərq böyükdür.

Braziliya futbol ölkəsidir. Ola bilməz ki, hansısa məşhur futbolçu dostun olmasın?
Əlbəttə, var. “Bavariya” klubunun və Braziliya millisinin yarımmüdafiəçisi Rafinya ilə dostam. Onunla əmioğlum vasitəsi ilə tanış olmuşuq. Onlar birgə futbola gedirdilər. Mən də hərdən onlara qoşulub birgə məşq edirdim. Bundan əlavə biz ikimiz də “Lonrdina”nın şərəfini qorumuşuq.

Sonda sənə uğurlar arzulayırıq. “Bakı” sevərlərə hansı sözün var?
Mən hansı klubun şərəfini qorumuşamsa, onun rəmzlərinə, azarkeşləri və rəhbərliyinə həmişə hörmətlə yanaşmışam. İstəyirəm, “Bakı” azarkeşləri də bilsin ki, Juni həmişə öz bacardığını meydanda göstərəcək. Mən istəmirəm ki, buradan gedəndən sonra kimdəsə mənimlə bağlı pis xatirlərə qalsın. İnanıram ki, illər keçsə də hamı məni yaxşı insan və yaxşı futbolçu kimi yada salacaq.

Toplu Bakı

bu xəbər 716 dəfə oxunub

FaceBookda Paylas Twitter da Paylas Google da Paylas MySpace de Paylas
 
 
FUTBOL
     
 
“Məqsədimiz qrup mərhələsinə düşməkdir” - MÜSAHİBƏ

Yay bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR

1-ci səhifədəki 61-ci rəqib

“Mən realist insanam, faktlarla danışmağı sevirəm” – MÜSAHİBƏ

“Mövsüm ərzində 16 top vurmaq yaxşı nəticə deyil” - MÜSAHİBƏ

 
  Digər xəbərləri

  “Məqsədimiz qrup mərhələsinə düşməkdir” - MÜSAHİBƏ
  Türkiyə Futbol Federasiyasına silahlı hücum
  “İnter”in ən yaxşısı - Petar Zlatinov
  Yay bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR
  “Foqts deyir ki, çalış, klubunda əsas heyətdə oyna”
  Çempionlar Liqasında ən intizamsız klublar finalçılar imiş
  1-ci səhifədəki 61-ci rəqib
  Droqba “Çelsi”dən gedir
  Kamran Ağayev Yaponiyada cəzalandırıldı - FOTOSESSİYA
  Alim Qurbanov: Hamısı boş-boş söhbətlərdir
  “Mən realist insanam, faktlarla danışmağı sevirəm” – MÜSAHİBƏ
  Rəşad Abdullayev: Məni buraxmaq yox, saxlamaq istəyirlər
  “Mövsüm ərzində 16 top vurmaq yaxşı nəticə deyil” - MÜSAHİBƏ
  Ramin Musayevin ideyasına dəstək
  Türkiyəli futbolçu dünya üçüncüsüdür - FOTO
  “Qəbələ” Sloveniyaya gedir
  “Qəbələ” məşhurlarla danışıqlar aparır
  “Xəzər Lənkəran” zəif klubla düşəcək!
  Çempionlar Liqası: “Şerif” və “Jilina” da “Neftçi”ni gözləyir
  “Kəpəz” Fransa çempionu ilə müqavilə imzaladı
  “Real”dan 9 rekord
  Fransada ardıcıl 4-cü il yeni çempion
  “Xəzər Lənkəran”ın sabiq legioneri üçün kubok və qırmızı vərəqə
  “Qalatasaray” 6 futbolçu ilə yollarını ayırdı
  Foqtsun sevimli futbolçusu: Belə oyun faciədir
  “Çelsi” kimin Çempionlar Liqasına yolunu bağladı?
  Qus Hiddink “casusluq” edərkən yaxalandı
  Valentin Belkeviç: Azərbaycanda futbol və azarkeşlər özünəməxsusdur
  “O qabaqkı dövrlər idi ki, pulunu ver, gəl oyna”
  Didye Droqba: Mənim sifətimdən gülüş əksik olmur
  Milli Yaponiyaya getdi
  Ramin Musayev: Mən bunda həmin klub rəhbərlərini günahlandırıram
  Hondanın millimizlə oyunda meydana çıxacağı sual altındadır
  Alberto Zakkeroni: Azərbaycan yığması yetərincə güclü komandadır
  Yubileyində Çempionlar Liqasının qalibi oldu - FOTO
  “Çelsi” 5-ə çatdı, İngiltərə yalnız İspaniyadan geri qalır
  “Onda kuboku heç kim əlimizdən almazdı”
  “Klub rəhbərliyi haqqımda nə qərar çıxarsa, onu qəbul edəcəm”
  Hafiz Məmmədov: Məqsədimiz eyni uğurları Avropada təkrarlamaqdır
  “Çelsi”nin tarixi zəfəri
  “Xəzər Lənkəran”ın bəyənmədiyi futbolçu İspaniyada qol vurdu
  “Qalatasaray” İspaniyadan “ulduz” alır
  “Bakı”ya yeni baş məşqçi gəlsə...
  Yunis Hüseynov lənkəranlı azarkeşlərlə görüşdü
  “İnter”in bombardiri - Baçana Sxadadze
  Millimiz Kişinyovda 2-ci oldu
  “Qələbə futbolçularda özünəinam hissini gücləndirir”
  Azərbaycan yığması Bolqarıstana qalib gəldi - YENİLƏNİB
  Final həyəcanı: Abramoviçin pulları “alman maşınına” qarşı
  “Neftçi”nin daha bir potensial rəqibi bilindi
  Çempionlar Liqası finalını “Topaz” həyacanı ilə izlə!
  Nəhənglərin savaşı: Tanrı qələbəni ən çox istəyənə verəcək
  “Baş məşqçi mənə dedi ki, klub sənə müqavilə təklif etməyəcək”
  PFL Superkubokla bağlı qərar çıxaracaq
  Bülənt Korkmaz: “Bakı” daha realdı
  Aqil Məmmədov: Onlar mənə tez-tez daş atırdılar - MÜSAHİBƏ
  “Latsio”da baş məşqçi istefası
  PFL qalibləri nə vaxt mükafatlandıracaq?
  Ramin Musayev: Premyer Liqaya sponsorluq etmək istəyən 2 böyük təşkilat var
  Hafiz Məmmədov “Bakı”nın qələbəsini görmək üçün 16 saat yol gəlib
  Peşəkar Futbol Liqasından yeni təklif
  Berti Foqts heyətə əl gəzdirdi
  Azərbaycan komandası Berlində futbol turnirinin qalibi oldu
  “İnter”in rekordçusu – Lomaya
  Yığmamızın yarımmüdafiəçisi daha 1 il “İnter”də
  57-ci final: “Çelsi” titul həsrətində, “Bavariya” 5-ci qələbəsinə doğru
  Maris Verpakovski: Güclü heyətə sahib olmalıyıq
  “Xəmsə” rəhbərindən ŞOK ittihamlar
  Zeynalov istefa verdi, Abdullayev yeni prezident seçildi
  Fərid Quliyev: Təkcə mənim 2 real şansım oldu - MÜSAHİBƏ
  Lənkəranlı azarkeşlərə təşəkkür
  Alberto Zakkeroni: Azərbaycanla oyun mənim üçün bir şansdır
  Yaponiya millimizlə oyuna heyəti açıqladı
  Sadıq Sadıqov: Onu “Villyareal” da istəyir
  “Bakı” məşqçisini istefaya göndərdi
     
   
 
 
   
 
 
   
 
     

  PREMYER LİQA  
komandalar o q h m tx
1
Neftçi32203955-3063
2
Xəzər L32178744-2859
3
İnter32168829-2156
4
Qarabağ32158937-2853
5
Qəbələ321571043-3252
6
Bakı321551242-3650
7
AZAL321281244-4447
8
Rəvan3210111139-3941
9
Simurq328101427-4134
10
Kəpəz32951835-5532
11
Turan32671926-4225
12
Sumqayıt32662027-5224

“Sumqayıt” I diviziona düşdü, “Turan” pley-offda

  HƏMİŞƏ BURDA ...  

Premyer Liqanın təqvimi açıqlandı

“Çelsi”nin tarixi zəfəri

“Atletiko” 2-ci dəfə Avroliqanın qalibi oldu

Bizim Arxiv

   TOP 10
Yay bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR
“Çelsi”nin tarixi zəfəri
Peşəkar Futbol Liqasından yeni təklif
“Xəzər Lənkəran” zəif klubla düşəcək!
Bülənt Korkmaz: “Bakı” daha realdı
Sadıq Sadıqov: Onu “Villyareal” da istəyir
Natalya Məmmədova Rusiya klubunda!
Kamran Ağayev Yaponiyada cəzalandırıldı - FOTOSESSİYA
“Xəmsə” rəhbərindən ŞOK ittihamlar
“Qalatasaray” 6 futbolçu ilə yollarını ayırdı
 
Sayt haqqında Əlaqə


Sayt Mozilla Firefox, , Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2004-2008 APA. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by APA