AZE   RUS
MOBILE      WAP    
 
 
 
ANA SƏHİFƏ AÇ-2012 LONDON-2012 FUTBOL TOP OYUNLARI DÖYÜŞ NÖVLƏRİ ATLETİKA STOLÜSTÜ OYUNLAR DİGƏR NÖVLƏR
 
“Millimizin zəiflərlə görüşməsinin FİFA reytinqi ilə əlaqəsi yoxdur” - MÜSAHİBƏ
17:02 04-02-2012
Font ölçüsü :   a   |   A


AFFA-nın baş katibi Elxan Məmmədovun Lent.az-a müsahibəsi

- Futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatındakı çıxışını necə dəyərləndirirsiniz?
- Yığmamız seçmə mərhələni uğurla keçmişdi. Final mərhələsində isə, təəssüf ki, ən azı 2010-cu ildəki uğur təkrarlanmadı. İki il öncə bu komanda inanılmaz uğura imza ataraq 4-cü yeri tutmuşdu. Bu dəfə isə fikrimcə, millimiz potensialını ortaya qoya bilmədi. Bəzi hallarda bəxtimiz də gətirmədi. Məsələn, Serbiya ilə qarşılaşmada elə ilk dəqiqələrdəcə qapıçımıza Andrey Tveryankinə iki sarı vərəqə göstərildi.

- Bu arada 19 yaşlılardan ibarət yığmamız da zəif çıxışlarını davam etdirir. Baş məşqçi Vəli Qasımovun komandası Valentin Qranatkinin xatirə turnirində sonuncu yeri tutduqdan sonra Türkiyənin 1995-ci il təvəllüdlü futbolçularına böyük hesabla uduzub...
- Amma ikinci görüşdə heç-heçə qeydə alınıb. Bilirsiniz, Vəli Qasımov əvvəllər əsas yığmamızda köməkçi-məşqçi vəzifəsində də çalışırdı. O, sırf 19 yaşlılarımızla işləməyə yenicə başlayıb. İstənilən nəticədən sonra biz baş məşqçidən hesabat istəyirik. Təbii ki, komandamız Antalyadan qayıtdıqdan sonra onunla görüş keçiriləcək.

- Bəs həm futzal, həm də 19 yaşlılardan ibarət yığmamızın baş məşqçilərinin məsələsinə baxılması AFFA İcraiyyə Komitəsinin iclasının gündəliyində nəzərdə tutulmayıb?
- Xeyr, gündəlikdə belə bir məsələ yoxdur. Amma iclas vaxtı İcraiyyə Komitəsi üzvlərindən kimsə belə bir məsələ qaldırsa, baxıla bilər. Komitənin iclası yanvarın 17-ə nəzərdə tutulmuşdu. Amma təcili məsələlər ortaya çıxdığı üçün toplantı təxirə salınıb. İclasın nə vaxt olacağı isə hələ məlum deyil.

- UEFA Avropa klublarında xərclərin gəlirləri keçməməsinin vacibliyinə dair məsələ qaldırıb. Bununla bağlı ölkəmizdə vəziyyət necədir?
- Maliyyə “feyr-pley”i ədalətli mübarizəni təmin etmək üçün tətbiq olunur. Hər bir klub UEFA-nın lisenziyalaşdırma tələblərinə cavab verməlidir. Bundan sonra büdcəsi 5 milyon avrodan çox olan klublar nəzarət altında olacaqlar. Hazırda ən tanınmış klubların kredit borcları qazandıqlarından çoxdur. Amma onların transfer imkanları daha böyükdür. Çünki büdcələri də böyükdür və bu səbəbdən, bankdan yüksək məbləğ üçün təminat məktubu ala bilirlər. Bu hal ədalətsizlik yaradır. Ona görə də mən UEFA-nın qərarını düzgün sayıram. Azərbaycanda bu sahədə vəziyyətin necə olduğunu isə açıqlaya bilmərəm. Klublarımız hər il AFFA-da lisenziyalaşdırmadan keçirlər. Onların özləri maliyyə durumu barədə danışa bilərlər. Bu, onların daxili işidir. Biz yalnız öz federasiyamızın gəlir və xərclərini hər il ictimaiyyətə açıqlayırıq.

- Futbolçu transferlərindən ən çox ziyana düşən ölkənin məhz Azərbaycan olduğuna dair mətbuatda yazılanlar nə dərəcədə həqiqətə uyğundur?
- Transfer məsələləri ilə maliyyə “feyr-pley”ini qarışdırmaq olmaz. Transferlərdə yerli, yoxsa xarici bazara üstünlük verilməsi klublarımızın hansı strategiyanı müəyyənləşdirməsindən asılıdır. Bəzilərinin heyətində legionerlər çoxluq təşkil edirsə, “Qarabağ”, “Sumqayıt” yerli bazara üstünlük verir. Biz buna qarışa bilmərik. Əlbəttə, onlar da çalışırlar ki, gəlir əldə etsinlər. Klublarımızın transferlərdən ziyana düşmələri isə hardasa təbiidir. Çünki klublarımızdan xaricə transfer olunanlar yox dərəcəsindədir. Əvəzində klublarımız sponsorlardan böyük məbləğdə gəlir əldə edirlər. Komandalarımız tanınmış geyim firmalarının məhsullarından yararlanır. Elə AFFA-nın da əsas gəlirləri sponsorlardan və teleyayım hüququnun satışındandır.

- Fevralın sonlarında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutacaq təlim-məşq toplantısında millimiz Sinqapur, Hindistan və Fələstin kimi FİFA reytinqində xeyli aşağı mövqe tutan yığmalarla yoldaşlıq görüşü keçirəcəyi ilə əlaqədar tənqid olunur. Belə rəqiblər FİFA-nın reytinq cədvəlində Azərbaycanın 111-ci pillədən irəli getməsini təmin etmək üçün seçilməyib?
- Xeyr. Bunun FİFA reytinqi ilə heç bir əlaqəsi yoxdur. Bildiyiniz kimi, növbəti rəsmi oyunumuz sentyabrın 7-də Bakıda İsrailə qarşı olacaq. Həmin oyunadək 8 ayımız var. Bu müddətdə gəncləri və bir çox yeni futbolçuları sınaqdan çıxarmaq olar. Sinqapurla fevralın 24-də, Hindistanla fevralın 27-də, Fələstinlə isə fevralın 29-da qarşılaşacağıq. Yəni, fevralın 21-də başlanacaq 8 günlük təlim-məşq toplantısı ərzində 3 yoxlama matçı keçirəcəyik. Belə qısa zaman kəsiyində bu qədər oyunda qüvvəsini sınamaqla futbolçular fiziki hazırlıqlarını artıra və təcrübə toplaya bilərlər. Bu, hər bir mütəxəssisə mesajdır.

- Amma əvvəllər AFFA daha çox güclü rəqiblərlə oynamağa üstünlük verərdi...
- Həmin vaxt jurnalistlər deyirdilər ki, güclü rəqiblərlə oyunda yeni futbolçuları üzə çıxarmaq çətindir. Niyə zəif rəqiblərlə oynamırsınız? Əslində biz hər zaman balansı gözləmişik. Həm güclü, həm də zəiflərlə yoldaşlıq görüşü keçirmişik. Digər tərəfdən, yoldaşlıq görüşləri üçün rəqiblər seçərkən, seçmə mərhələlərdə eyni qrupda yer aldığımız ölkələrlə oyun üslubu və coğrafi cəhətdən yaxınlıqlarına da fikir veririk. Heç kim analiz etmir ki, niyə indiyədək Fələstinlə yoldaşlıq görüşü keçirməyən yığmamız bu komanda ilə oynamağa indi razılıq verdi? Bu, İsrail millisinin heyətində ərəb əsilli futbolçuların çoxluq təşkil etməsi və iki ölkənin oxşar oyun sisteminə malik olması ilə bağlıdır. Zəif rəqiblərlə oynayacağımızı deyirsiniz. Məgər iyunun 5-də qarşılaşacağımız Belarus millisi zəifdir? Bu rəqibi də ona görə seçmişik ki, 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsindəki digər rəqibimiz olan Rusiya ilə yaxındırlar. Eləcə də mayın 30-da üz-üzə gələcəyimiz Andorranın da Lüksemburqla oyun keyfiyyətləri baxımından oxşarlığı var.


bu xəbər 882 dəfə oxunub

FaceBookda Paylas Twitter da Paylas Google da Paylas MySpace de Paylas
 
 
FUTBOL
     
 
“Məqsədimiz qrup mərhələsinə düşməkdir” - MÜSAHİBƏ

Yay bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR

1-ci səhifədəki 61-ci rəqib

“Mən realist insanam, faktlarla danışmağı sevirəm” – MÜSAHİBƏ

“Mövsüm ərzində 16 top vurmaq yaxşı nəticə deyil” - MÜSAHİBƏ

 
  Digər xəbərləri

  “Məqsədimiz qrup mərhələsinə düşməkdir” - MÜSAHİBƏ
  Türkiyə Futbol Federasiyasına silahlı hücum
  “İnter”in ən yaxşısı - Petar Zlatinov
  Yay bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR
  “Foqts deyir ki, çalış, klubunda əsas heyətdə oyna”
  Çempionlar Liqasında ən intizamsız klublar finalçılar imiş
  1-ci səhifədəki 61-ci rəqib
  Droqba “Çelsi”dən gedir
  Kamran Ağayev Yaponiyada cəzalandırıldı - FOTOSESSİYA
  Alim Qurbanov: Hamısı boş-boş söhbətlərdir
  “Mən realist insanam, faktlarla danışmağı sevirəm” – MÜSAHİBƏ
  Rəşad Abdullayev: Məni buraxmaq yox, saxlamaq istəyirlər
  “Mövsüm ərzində 16 top vurmaq yaxşı nəticə deyil” - MÜSAHİBƏ
  Ramin Musayevin ideyasına dəstək
  Türkiyəli futbolçu dünya üçüncüsüdür - FOTO
  “Qəbələ” Sloveniyaya gedir
  “Qəbələ” məşhurlarla danışıqlar aparır
  “Xəzər Lənkəran” zəif klubla düşəcək!
  Çempionlar Liqası: “Şerif” və “Jilina” da “Neftçi”ni gözləyir
  “Kəpəz” Fransa çempionu ilə müqavilə imzaladı
  “Real”dan 9 rekord
  Fransada ardıcıl 4-cü il yeni çempion
  “Xəzər Lənkəran”ın sabiq legioneri üçün kubok və qırmızı vərəqə
  “Qalatasaray” 6 futbolçu ilə yollarını ayırdı
  Foqtsun sevimli futbolçusu: Belə oyun faciədir
  “Çelsi” kimin Çempionlar Liqasına yolunu bağladı?
  Qus Hiddink “casusluq” edərkən yaxalandı
  Valentin Belkeviç: Azərbaycanda futbol və azarkeşlər özünəməxsusdur
  “O qabaqkı dövrlər idi ki, pulunu ver, gəl oyna”
  Didye Droqba: Mənim sifətimdən gülüş əksik olmur
  Milli Yaponiyaya getdi
  Ramin Musayev: Mən bunda həmin klub rəhbərlərini günahlandırıram
  Hondanın millimizlə oyunda meydana çıxacağı sual altındadır
  Alberto Zakkeroni: Azərbaycan yığması yetərincə güclü komandadır
  Yubileyində Çempionlar Liqasının qalibi oldu - FOTO
  “Çelsi” 5-ə çatdı, İngiltərə yalnız İspaniyadan geri qalır
  “Onda kuboku heç kim əlimizdən almazdı”
  “Klub rəhbərliyi haqqımda nə qərar çıxarsa, onu qəbul edəcəm”
  Hafiz Məmmədov: Məqsədimiz eyni uğurları Avropada təkrarlamaqdır
  “Çelsi”nin tarixi zəfəri
  “Xəzər Lənkəran”ın bəyənmədiyi futbolçu İspaniyada qol vurdu
  “Qalatasaray” İspaniyadan “ulduz” alır
  “Bakı”ya yeni baş məşqçi gəlsə...
  Yunis Hüseynov lənkəranlı azarkeşlərlə görüşdü
  “İnter”in bombardiri - Baçana Sxadadze
  Millimiz Kişinyovda 2-ci oldu
  “Qələbə futbolçularda özünəinam hissini gücləndirir”
  Azərbaycan yığması Bolqarıstana qalib gəldi - YENİLƏNİB
  Final həyəcanı: Abramoviçin pulları “alman maşınına” qarşı
  “Neftçi”nin daha bir potensial rəqibi bilindi
  Çempionlar Liqası finalını “Topaz” həyacanı ilə izlə!
  Nəhənglərin savaşı: Tanrı qələbəni ən çox istəyənə verəcək
  “Baş məşqçi mənə dedi ki, klub sənə müqavilə təklif etməyəcək”
  PFL Superkubokla bağlı qərar çıxaracaq
  Bülənt Korkmaz: “Bakı” daha realdı
  Aqil Məmmədov: Onlar mənə tez-tez daş atırdılar - MÜSAHİBƏ
  “Latsio”da baş məşqçi istefası
  PFL qalibləri nə vaxt mükafatlandıracaq?
  Ramin Musayev: Premyer Liqaya sponsorluq etmək istəyən 2 böyük təşkilat var
  Hafiz Məmmədov “Bakı”nın qələbəsini görmək üçün 16 saat yol gəlib
  Peşəkar Futbol Liqasından yeni təklif
  Berti Foqts heyətə əl gəzdirdi
  Azərbaycan komandası Berlində futbol turnirinin qalibi oldu
  “İnter”in rekordçusu – Lomaya
  Yığmamızın yarımmüdafiəçisi daha 1 il “İnter”də
  57-ci final: “Çelsi” titul həsrətində, “Bavariya” 5-ci qələbəsinə doğru
  Maris Verpakovski: Güclü heyətə sahib olmalıyıq
  “Xəmsə” rəhbərindən ŞOK ittihamlar
  Zeynalov istefa verdi, Abdullayev yeni prezident seçildi
  Fərid Quliyev: Təkcə mənim 2 real şansım oldu - MÜSAHİBƏ
  Lənkəranlı azarkeşlərə təşəkkür
  Alberto Zakkeroni: Azərbaycanla oyun mənim üçün bir şansdır
  Yaponiya millimizlə oyuna heyəti açıqladı
  Sadıq Sadıqov: Onu “Villyareal” da istəyir
  “Bakı” məşqçisini istefaya göndərdi
     
   
 
 
   
 
 
   
 
     

  PREMYER LİQA  
komandalar o q h m tx
1
Neftçi32203955-3063
2
Xəzər L32178744-2859
3
İnter32168829-2156
4
Qarabağ32158937-2853
5
Qəbələ321571043-3252
6
Bakı321551242-3650
7
AZAL321281244-4447
8
Rəvan3210111139-3941
9
Simurq328101427-4134
10
Kəpəz32951835-5532
11
Turan32671926-4225
12
Sumqayıt32662027-5224

“Sumqayıt” I diviziona düşdü, “Turan” pley-offda

  HƏMİŞƏ BURDA ...  

Premyer Liqanın təqvimi açıqlandı

“Çelsi”nin tarixi zəfəri

“Atletiko” 2-ci dəfə Avroliqanın qalibi oldu

Bizim Arxiv

   TOP 10
Yay bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR
“Çelsi”nin tarixi zəfəri
Peşəkar Futbol Liqasından yeni təklif
“Xəzər Lənkəran” zəif klubla düşəcək!
Bülənt Korkmaz: “Bakı” daha realdı
Sadıq Sadıqov: Onu “Villyareal” da istəyir
Natalya Məmmədova Rusiya klubunda!
Kamran Ağayev Yaponiyada cəzalandırıldı - FOTOSESSİYA
“Xəmsə” rəhbərindən ŞOK ittihamlar
“Qalatasaray” 6 futbolçu ilə yollarını ayırdı
 
Sayt haqqında Əlaqə


Sayt Mozilla Firefox, , Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2004-2008 APA. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by APA