“Neftçi” - biri gəldi, biri getdi
18:32 21-02-2012
Font ölçüsü : a | A
"Neftçi"nin braziliyalı futbolçusu Rodriginyo Bakıya qayıdıb. Apasport.az saytının məlumatına görə, müalicəsini davam etdirən futbolçu Premyer Liqanın XXI turunun bu gün keçirilən "Neftçi" - "Rəvan" qarşılaşmasını stadiondan izləyib. Çempionlar Liqasının təsnifat mərhələsi çərçivəsinin "Dinamo" (Xorvatiya) ilə oyununda ciddi zədələnən yarımmüdafiəçi 8 aydır yaşıl meydanlardan kənar qalıb.
Əvəzində bakılıların digər üzvü Alessandro Viana da Silva isə Braziliyaya yollanıb. Hazırda zədəli olan futbolçu vətənində müalicə olunacaq.
bu xəbər
543 dəfə oxunub
|