AZE   RUS
MOBILE      WAP    
 
 
 
ANA SƏHİFƏ AÇ-2012 LONDON-2012 FUTBOL TOP OYUNLARI DÖYÜŞ NÖVLƏRİ ATLETİKA STOLÜSTÜ OYUNLAR DİGƏR NÖVLƏR
 
“Ola bilsin, bir az sərt, yüksək tonla danışdım”
18:05 23-01-2012
Font ölçüsü :   a   |   A
“Mənə cavab qaytarmağı acığıma gəldi”

“Xəzər Lənkəran” klubunun müdafiəçisi Elnur Allahverdiyevin apasport.az saytına müsahibəsi

- Öncə toplanış barədə danışaq. İlk günlər hava soyuq olduğundan, futbolçular məşqlərə həvəssiz çıxırdılar...
- Siz də bilirsiniz ki, toplanış futbolçuların bir az xoşuna gəlmir. Buna baxmayaraq, indi hər şey yaxşıdır, özümüzə görə hazırlaşırıq. Hazırda turnir cədvəlinin üçüncü pilləsindəyik, liderdən cəmi 2 xal geri qalırıq. Amma məqsədimiz var: mövsümü titulla başa vurmalıyıq. Düzdür, toplanışın ilk günləri bir az ağır keçdi. Əziyyətli olsa da, səbr edib, hazırlaşırıq. İnşallah, bunu bəhrəsini görərik.

- Komandanız Türkmənistan yığması ilə yoxlama görüşündə qüvvəsini sınadı. Həmin qarşılaşmada hansı mövqedə problemlərin olduğunu hiss etdiniz?
- İstərdim məni düzgün anlasınlar, fikrimcə, hücum xəttində problem var. Demirəm ki, hücumçularımız zəifdir, amma problem mövcuddur. Çempionluğa oynayan komanda çoxlu qol vurmalıdır. Hesab edirəm ki, bizə çox qol vuran hücumçu lazımdır. Digər tərəfdən, Türkmənistan yığması elə də güclü rəqib deyildi. Həm də komanda hələ tam hazır formada deyil. Güclü komandalarla görüşdə zəif nöqtələrimiz görünəcək.

- Əvvəlki baş məşqçi Mirça Redniklə hazırkı çalışdırıcınız Cüneyt Biçərin keçdiyi məşqlər arasında fərq çoxdurmu?
- Hər məşqçinin öz fəlsəfəsi var. Rednik çox tələbkar idi, ondan çox şey öyrəndim. İndi isə Biçərlə çalışıram və istəyirəm ki, yenə nəsə öyrənim. Psixologiyaya çox üstünlük verir, futbolçularla çox yaxşı ünsiyyət qurur. Bu da onun ən yaxşı silahlarından biridir. Hər futbolçu ilə öz dilində danışır, başa salır. Yaxşı psixoloqdur.

- Elə isə bu sualımıza dəqiq cavab verin: Türkmənistanla oyunun gedişində Elnur Abdullayevlə aranızda narazılıq yarandı, hətta söz davasına çıxdınız. Biçər psixoliq kimi, bununla bağlı oyundan sonra sizə nə dedi?
- Həmin epizodda Abdullayevə dedim ki, bir az cəld oyna. Ola bilsin, bir az sərt, yüksək tonla danışdım. Amma onun mənə cavab qaytarmağı acığıma gəldi. Toplanışdır da, indi hamı hirslidir. Baş verənlər meydanda qaldı, oyundan sonra yenə əvvəlki kimi münasibətimiz var. Biçər də dedi ki, bir də belə şey olmamalıdır.

- Hücum xəttində problem olduğunu dediniz. “Xəzər Lənkəran” Antalyaya gəlməzdən öncə slovakiyalı hücumçu Deyan Rusiçlə yollarını ayırdı. Əlinizdə səlahiyyət olsaydı, komandada Rusiçi, yoxsa Subaşiçi saxlayardız?
- Elə bir səlahiyyətim olsaydı ki, hər ikisini saxlayardım. Mənə elə gəlir ki, Subaşiç legioner sayılmadığından üstünlük ona verildi. Rusiç də yaxşı futbolçudur, bizə çox xeyri dəyib. Ancaq qərarı mən yox, baş məşqçi verir.

- Əvvəllər müdafiənin mərkəzində sizinlə yanaşı, Andrey Mureşan yer alırdı. Amma rumıniyalı legioner son turlarda dayaq müdafiəçisi mövqeyinə keçdi. Bundan sonra Elvin Beçiri müdafiənin mərkəzinə qayıtdı. Sizin üçün bu müdafiəçilərin hansı ilə oynamaq daha rahatdır?
- Mureşanda sonuncu müdafiəçi mövqeyində oynamaq alınmırdı. O, komandaya dayaq müdafiəçisi kimi komandaya daha çox faydalıdır. Elvinlə oynamaq rahatdır, çünki həmişə sonuncu müdafiəçi mövqeyində çıxış edib.

- “Xəzər Lənkəran” Azərbaycana səviyyəli legionerlər gətirməklə də seçilir. Ötən mövsümün sonlarında Uinston Parks “Bakı”ya keçdi, indi də Julius Vobayın gedişi gündəmdədir. Vobayın gedişi komanda üçün itki sayıla bilərmi?
- Vobayın gedişi itki deyil. Guya, çempionatda bizə nə kömək edib ki? 6 ay əvəzedici komandada olub. Yalnız son turda “Bakı”ya qarşı yaxşı oynadı. Düzdü, Julius yaxşı futbolçudur, amma komanda üçün heç nə etmədi. Əvəzolunmaz futbolçu yoxdur, Vobay getdisə, əvəzinə ondan da yaxşısı gələcək.

- Heyətə yeni gənc futbolçular cəlb olunub. Onlar barədə nə deyə bilərsiniz?
- Onların gələcəyi hələ qabaqdadır. Böyük qardaş, təcrübəli futbolçu kimi onlara tövsiyəm budur ki, öz üzərlərində çalışsınlar. Gəlin, səmimi danışaq. Onlar indi bizə kömək etmək iqtidarında deyillər.

- Biz də elə buna məqama toxunmaq istəyirik. Komanda bu heyətlə tutula iddia edə bilərmi?
- Əlbəttə. Biz bu heyətlə çempionatda ən yaxşı izləyicimizdən 7 xal qabaqda idik. Amma öz səhvlərimiz ucbatından üçüncü pilləyə düşdük. Bununla belə, bu komanda çempionluğa iddialıdır, inşallah, çempion da olarıq. Amma heyəti gücləndirsək, daha yaxşı olar.

- Hanı mövqeni?
- Hücum xəttinə. Bir də yaxşı hücuma meylli futbolçu və 2 cinah yarımmüdafiəçisi lazımdır.

İxtiyar ƏSGƏROV
ANTALYADAN

bu xəbər 1691 dəfə oxunub

FaceBookda Paylas Twitter da Paylas Google da Paylas MySpace de Paylas
 
 
FUTBOL
     
 
“İnter” “Bazel”ə, “Bavariya” “Marsel”ə qarşı - ONLAYN

“Ayılanda gördüm ki, təcili tibbi yardım maşınındayam”

“Bu, təkcə Yuranın yox, bütün komandanın uğursuzluğudur”

Mübariz Mənsimov “Beşiktaş”ın prezidenti ola bilər

Doroşev dayandı, Pavloviç rekorda doğru

 
  Digər xəbərləri

  “İnter” “Bazel”ə, “Bavariya” “Marsel”ə qarşı - ONLAYN
  “Porto” titulunu itirdi - YENİLƏNİB
  Qızlardan oğlanlara futbol dərsi
  “Bakıdakı həmin “məşhur” matçın videoyazısını bizə vermədilər”
  AFFA “Neftçi”nin futbolçusunu 3 oyunluq cəzalandırdı
  “Ayılanda gördüm ki, təcili tibbi yardım maşınındayam”
  “Bu, təkcə Yuranın yox, bütün komandanın uğursuzluğudur”
  “Rəvan”a texniki məğlubiyyət verildi
  AFFA rəsmiləri TFF-də fikir mübadiləsi apardılar
  “Qurban Qurbanov dedi ki, səhv etməkdən çəkinmə”
  Yığmamız Luka Toninin “at oynatdığı” məkanda - FOTO
  Mübariz Mənsimov “Beşiktaş”ın prezidenti ola bilər
  “Erebru”nun futbolçusu Azərbaycana gəlmədi
  Hindistanlı futbolçuların millimizlə oyun öncəsi problemi yarandı
  “Biz qələbəni “Xəzər Lənkəran”dan daha çox istəyirdik”
  “İstəyirəm zədəmi sağaldıb, “Neftçi”yə kömək edim”
  Rəşad Abdullayev: İstədiyimiz oyunu göstərdik
  AFFA UEFA-nı rəsmən məlumatlandırıb, cavab gözləyir
  “Topaz”da təkli, ikili və ekspress matçlar
  Rahid Əmirquliyev “Xəzər Lənkəran”da rekorda şərik çıxdı
  Yığmamızın futbolçusu “Deportivo”dan ayrıldı
  Azərbaycan-2012: 3 vəsiqəyə 8 namizəd
  AZAL-dan yubiley “uçuşu”
  Doroşev dayandı, Pavloviç rekorda doğru
  “Rəvan”la oyunda hesab daha böyük ola bilərdi”
  Ramin Musayev baş hakimi və “Lider” TV-nin aparıcısını günahlandırır
  “Onun ən böyük uğuru Mpenza idi”
  Elçin Məmmədovun Mahir Şükürova qırmızı vərəqə göstərməyə cəsarəti çatmadı
  Emil Mpenzadan yeni xəbər
  “Azərbaycanla oyun inkişaf səviyyəmizi dəyərləndirməyə imkan verəcək”
  Yığmamızın rəqibi Dubayı tərk etdi
  Moskvada heç-heçə, Napolidə əzmkar qələbə
  Azərbaycan yığması Dubaya gedir
  Milli komandanın baş məşqçisi dünyasını dəyişdi
  Milimizin rəqibi üçün “müştəri”
  Vaqif Cavadov: Berti Foqtsla barışmağa hazıram
  “Neftçi” - biri gəldi, biri getdi
  Rəşad Sadıqov: Görək, başımıza nə iş gəlir
  Nadir Nəbiyev xəstəxanadan evə buraxıldı
  “Hər komanda “Neftçi”nin təzyiqinə tab gətirə bilmir”
  “Rəvan” da “altılıq”dan ayrı düşdü
  “Neftçi” yenidən zirvədə - FOTOSESSİYA
  Əsgər Abdullayev: Komanda 70-ci dəqiqədə “oturdu”
  Rafiq Mirzəyev AZAL-dan narazı qaldı
  “Xəzər Lənkəran”la şəxsi oyunlarda geriliyi aradan qaldırdıq”
  Cüneyt Biçər: Onlar mən istəyən futbolu sərgiləyə bilmədilər
  “Xəzər Lənkəran” uduzdu, “Neftçi” çətin qələbə qazandı
  Mahir Şükürovla Kamran Ağayev əlbəyaxa olacaqdı
  AZAL – “Turan” matçının 2-ci hissəsi niyə gec başlayıb?
  Nadir Nəbiyevin çiyini qırıldı
  Kamran Ağayev niyə oynamır?
  TFF-yə prezident olmağa 20 nəfər namizəddir
  İtaliyalı məşqçi “Qarabağ”ın futbolçusunu təriflədi
  3 “futbolçumuz” Albaniya millisinə çağırıldı
  “Azərbaycanla görüş beynəlxalq oyun kimi tanınmır”
  Yığmamız AZAL-la qarşılaşacaq
  AFFA rəsmiləri Gürcüstanda
  “Ona sevinirik ki, Vaqif səhvini boynuna alıb, üzrxahlıq edir”
  “Azərbaycanla matçın FİFA “pəncərəsi”ndə olmamağının əziyyətini çəkirik”
  Sinqapur millisi yığmamızla oyuna itkilərlə hazırlaşır
  AFFA İcraiyyə Komitəsi üzvlüyünə 2 namizəd irəli sürüldü
  “Topaz”la Çempionlar Liqasının həyəcanına qoşul!
  Azərbaycan – İslandiya oyunu məhsuldar keçəcək
  Premyer Liqa dünyanın ən zəif çempionatları arasında
  Adamiyadan unikal göstərici
  Elvin Məmmədov: Komanda qələbə hissini itirib
  AZAL qol silahını itirdi
  “Bakı”nın ispaniyalı legioneri: Bu qələbə bizə lazım idi
  “İnter” – “Sumqayıt” - FOTOSESSİYA
  “Bakı” və “Qəbələ”nin “altılığ”a düşməsi necə rəsmiləşə bilər?
  “Kaş meydançanın vəziyyətini siz də görərdiniz...”
  Qəbələdə Türkiyə derbisi!
  Rendal Brenes start heyətində?
  Aleksandr Starkovun qələbə şərhi
  Sergey Yuran: “Bakı” bizi oyun səviyyəsində üstələdi
     
   
   
   
 
 
   
 
     

  PREMYER LİQA  
komandalar o q h m tx
1Neftçi20141541-1643
2İnter20126220-942
3Xəzər L20115429-1938
4 Qarabağ20105524-1435
5 Bakı2095625-1932
6 Qəbələ2095621-2032
7 AZAL2075829-3226
8 Rəvan2067723-2425
9 Simurq20541118-3019
10 Kəpəz20441221-3616
11 Sumqayıt20431313-2715
12 Turan20321513-3111


“Xəzər Lənkəran” uduzdu, “Neftçi” çətin qələbə qazandı

  HƏMİŞƏ BURDA ...  

Premyer Liqanın təqvimi açıqlandı

“Topçular” Milanda topa tutuldu - VİDEO

“Trabzonspor” şokdan ayılmadı, Topal da qol vurdu

Bizim Arxiv

   TOP 10
“Xəzər Lənkəran” uduzdu, “Neftçi” çətin qələbə qazandı
“İnter” liderliyə yüksəldi – YENİLƏNİB
Moskvada heç-heçə, Napolidə əzmkar qələbə
Bu oyun “Rabitə”yə yaraşmadı - YENİLƏNİB
Elnur Məmmədli Qran-prini bürünc medalla başa vurdu - YENİLƏNİB
“Bakı”nın sensasiyaya gücü çatmadı - YENİLƏNİB
Azərbaycan çempionatının reqlamenti dəyişdi!
Rəşad Sadıqov: Görək, başımıza nə iş gəlir
“İnter” “Bazel”ə, “Bavariya” “Marsel”ə qarşı - ONLAYN
Mahir Şükürovla Kamran Ağayev əlbəyaxa olacaqdı
 
Sayt haqqında Əlaqə


Sayt Mozilla Firefox, , Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2004-2008 APA. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by APA