AZE   RUS
MOBILE      WAP    
 
 
 
ANA SƏHİFƏ AÇ-2012 LONDON-2012 FUTBOL TOP OYUNLARI DÖYÜŞ NÖVLƏRİ ATLETİKA STOLÜSTÜ OYUNLAR DİGƏR NÖVLƏR
 
“Ola bilsin, olimpiada mənim üçün son şansdır” - MÜSAHİBƏ
13:26 06-12-2011
Font ölçüsü :   a   |   A


Azərbaycan Milli Olimpiya Komitəsi XXX Yay Olimpiya Oyunlarına hazırlaşır. Olimpiya yığmamız artıq dördilliyin ən möhtəşəm yarışına 28 lisenziya qazanıb. Apasport.az saytının məlumatına görə, bunlardan 4-ü avarçəkənlərimizin payına düşüb. Kanoe üzrə 3 qat dünya və 3 qat Avropa çempionu, olimpiya lisenziyalarından birinin sahibi və qarşıdakı olimpiadada medal ümidlərimizdən sayılan Valentin Demyanenko Rusiyanın “Vestnik Kafkaza” nəşrinə müsahibə verib.

- Bu ekzotik idman növü ilə nə vaxtdan məşğul olmağa başlamısınız?
- 1983-cü ildə Ukraynanın Çerkassı şəhərində anadan olmuşam. Orta məktəbin yuxarı siniflərində hamı idmanla aktiv məşğul olurdu. Mən avarçəkməni seçdim. 4-5 il ərzində cəhdlərim nəticə vermirdi. Lakin məşq edirdim. 18 yaşımda Ukrayna çempionu oldum. “İdman ustası” dərəcəsi aldım və Ukraynanın gənclərdən ibarət yığmasına düşdüm. Lakin yüksək rəqabət üzündən növbəti ilə məni yığmaya götürmədilər. Tezliklə elektrik ixtisası üzrə texnikumu başa vurdum və seçim qarşısında qaldım: ya zavodda işləməli, ya da universitetin bədən tərbiyəsi fakültəsinə qəbul olunmalı idim. Həmin vaxt mənə təklif gəldi ki, avarçəkmə üzrə Ümumukrayna yarışlarının qalibi olsam, məni universitetə ödənişsiz və əlavə maddi köməksiz qəbul edəcəklər. Yəni, qayda belə idi: əgər qəbul olundunsa, hansısa sinfə, məsələn, riyaziyyat və ya informatikaya maddi kömək göstərməli idin. Bu şərtlə razılaşdım. İki məsafədə qalib oldum və universitetə pulsuz qəbul olundum.

- İlk beynəlxalq uğurların hansılar oldu?
- Ümumukrayna yarışlarını qazandıqdan sonra anladım ki, həyatda hansısa ciddi uğurlara idmanda nail ola bilərəm. Ona görə də Polşada keçirilmiş Avropa çempionatına ciddi hazırlaşdım və yenidən yığmaya düşdüm. Qitəmiqyaslı yarışda yalnız bir məsafəyə - 500 metrlik yürüşə qatıldım. Uğurla start götürdüm və demək olar ki, finiş xəttinə çatanda bir anlıq geriyə boylandım. Gördüm ki, bütün idmançılar geridə qalıblar. Həmin an həyatda həqiqətən də nəyəsə nail olmağımın idmanda mümkün olduğunu bir daha özümə sübut etdim. 2003-cü ildə böyüklər arasında dünya çempionatına hazırlaşmağı qərara aldım. Cəmi 20 yaşım vardı və 18-dən 23 yaşadək idmançıların daxil olduğu gənclər yığmasında çıxış etməli idim. Lakin mən taleyimi sınaqdan çıxarmağa və böyüklər kateqoriyasında iştirak etməyə qərar verdim. Özümə ən güclülər arasında nəzər yetirmək istəyirdim. Dünya çempionatında udmaq mənim üçün vacib deyildi, sadəcə özümü güclü rəqiblərlə mübarizəyə hazırlamaq istəyirdim. Dünya çempionatından iki ay öncə Avropa çempionatı keçirildi. Mən orada ikinci yeri tutdum. Yalnız hazırkı olimpiya çempionu Maksim Opalevə uduzdum. Lakin dünya çempionatında mən onu uddum və anladım ki, kanoe qayığında avarçəkmə mənim istedadımdır. İşimi davam etdirməli və heç bir halda əldə etdiyim nailiyyətlə kifayətlənməməliyəm. Hər bir idmançının arzusu var – olimpiya çempionu olmaq! Dünya çempionatı hər il, olimpiada isə 4 ildə bir dəfə keçirilir. Hər zaman mümkün deyil ki, insan yüksək məhsuldarlıq səviyyəsini qoruya bilsin, zədə almadan, xəstələnmədən dözsün. Olimpiadada iştirak üçün hər şey uğurlu alınmalıdır.

- Azərbaycan yığmasında çıxış etməyə necə başladınız?
- 2006-cü ildə yenidən Avropa və dünya çempionatına yollandım. Hər iki halda ikinci yeri tutdum. Bundan sonra Ukrayna millisində karyeram başa çatdı. 1 il ciddi məşğul olmadım. Öz zövqümcə yaşadım, yarışlarda iştirak etmədim. Lakin günlərin birin də mənə zəng edərək, Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalovla söhbətə çağırdılar. O, Azərbaycanda bu idman növünün inkişafı və yüksək nəticələrin əldə olunması üçün əla şəraitin yaradıldığını, hətta qışda məşğul olmağa imkan verən müasir bazanın inşa olunduğunu bildirdi. Azərbaycanda ən soyuq vaxtı temperatur mənfi 2-3 dərəcə, Ukraynada mənfi 20-25 dərəcə olur. Elçin Zeynalov məndə yüksək nəticələr üçün bütün ilkin şərtlərin olduğunu dedi. 2007-ci ildə mən Azərbaycana getdim. İtiriləsi bir şey yox idi. Biz komanda yoldaşım Aleksandr Kasatkinlə birgə getdik. Mən Azərbaycan yığmasında həm 1 nəfərlik, həm də 2 nəfərlik qayıqda çıxış etməli idim. Məqsədimiz 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya qazandırmaq və Avropa çempionatına hazırlaşmaq idi.

- Amma XXIX Yay Olimpiya Oyunlarında iştirak etmədiniz. Niyə?
- Avropa çempionatı öncəsi Ukrayna protest verdi. Demişdilər ki, biz, keçmiş ukraynalı idmançılar, yığma iştirakçıları olimpiya ili öncəsi digər ölkənin komandasına keçmək və onların adından çıxış etmək hüququna malik deyilik. Planlarımızı bir müddət təxirə salmalı olduq. Biz Dünya Kubokunun mərhələ yarışlarına yollandıq, yaxşı yerlər tutduq. Amma Pekin olimpiadasını buraxmalı olduq. 2012-ci il London Yay Olimpiya Oyunlarınadək ehtiyatda 4 ilim vardı. Ötən müddətdə daha iki dəfə dünya, üç dəfə Avropa çempionu oldum, Dünya Kubokunun mərhələ yarışlarında müxtəlif əyarlı medallar qazandım. Bu ilin avqustunda Macarıstanda olimpiadaya lisenziya xarakterli dünya çempionatı keçirilirdi. İlk 6 yeri tutanlara “olimpiada bileti” verilirdi. Mən bu yarışda çempion oldum və ən qiymətli lisenziya qazandım. Azərbaycan məsəlindəki kimi: “Atalar üçdən deyib”. Əvvəlcədən planımı açıqlamaq istəməzdim, amma Londonda ən yaxşı nəticəni göstərmək üçün maksimum səy göstərəcəyəm. Məşq edir, məşqçilərdən maksimumumu götürürəm. Olimpiadaya hazırlığa 4 il öncədən başlamışıq. Çalışacağıq və uğurlu çıxışa ümid edəcəyik. Ola bilsin, bu olimpiada mənim üçün son şansdır.

- Necə məşq edirsiniz?
- Hazırda Kür çayında hazırlaşırıq. Bir müddət öncə 52-ci Beynəlxalq Mingəçevir Reqatası keçirildi. Hər il bura Rusiya, Ukrayna, Gürcüstan, İran, Türkiyə avarçəkənləri gəlir. İdmançılar arasında rəqabət kifayət qədər ciddidir. Yarışlar maraqlı keçir, insanlar gəlir, tamaşa edirlər. Bu idman növü onların çoxunun xoşuna gəlir. Sabah kimsə öz övladlarını avarçəkməyə qoya bilər. Bu idman növü Azərbaycanda daha populyar olacaq və yeni idmançılar, gələcək çempionlar peyda olacaqlar.

bu xəbər 1365 dəfə oxunub

FaceBookda Paylas Twitter da Paylas Google da Paylas MySpace de Paylas
 
 
DİGƏR NÖVLƏR
     
 
“Azərbaycanı seçdiyimdən çox razıyam” - MÜSAHİBƏ

Karina Aznavuryan: İndi də Bakıya qayıdardım

Valentin Demyanenko: Bizə bir medal lazımdır və bu, əsas medaldır

Millimizin qapıçısı: O öldü, şirkətimiz dağıldı - MÜSAHİBƏ

APASPORT - 5 il birgə SİZİNLƏ

 
  Digər xəbərləri

  İCF: Azərbaycan tükənməyən sərvətlərə malikdir
  Azad Rəhimov: Olimpiadanın səmərəli və məsuliyyətli təşkili nümunəsini görsətmək istəyirik
  Olimpiya çempionumuz 22-ci yerdə
  Milan uğursuzluğu
  Dünya Kubokunda 1 qızıl, 1 gümüş, 3 bürünc medal
  Yekun Olimpiya Təsnifat Reqatasına uğurlu start
  Dünya Kubokunun I mərhələsində daha 2 final
  Poznanda ilk medal
  Yenə medal olmadı
  Dünya Kubokunun I mərhələsinin ilk günündə 3 final
  “Xoşbəxt Karvan” başlayır
  ARDNŞ, AzAL və “Azercell”dən “Bakı-2020”yə dəstək
  Yığmamızın Avropa çempionatı üçün heyəti bilindi
  Dünya Kubokuna uğursuz başladıq
  Adnan Əliyev Olimpiadaya yollanmaq şansını itirdi
  2 həmyerlimiz Dünya Kubokunda
  Yığmamız üçün Poznan sınağı
  Əfsanə idmandan gedir
  İlk 2 gündə 4 medal
  Velotura Bakıda start verildi
  2 pillə irəli
  Dünya Kubokunda 1 bürünc medal
  Yığmamız Milana yollanır
  Hokkey çempionatını “Topaz” həyəcanı ilə izləyin
  Dünya Kubokunda növbəti uğursuzluq
  “İnter”in sabiq futbolçusunun bacarmadığına qızı nail oldu
  Bakıda 156 min dollarlıq yarış
  Olimpiya çempionumuz “11-liy”ə düşdü
  Dünya Kubokunda bürünc medal
  Aleksandr Aleksandrov və Nataliya Mustafayeva finalda!
  Dünya Kubokuna uğursuz start
  Yığmamız London-2012-yə lisenziya qazana bilmədi
  Dünya Kuboku: 5 idmançımızdan 4-ü yarımfinalda!
  İdmanla bağlı QHT yaradıldı
  Nataliya Mustafayeva yarımfinala yüksəldi
  “Azərbaycanı seçdiyimdən çox razıyam” - MÜSAHİBƏ
  5 may – Milli komandamız üçün tarixi an
  Azərbaycan yığması tarixi uğurun astanasında
  Yığmamız Yaponiyada ilk məğlubiyyətini aldı
  Yığmamız Londonu Lonatoya dəyişdi
  “Yelena Çalıx London Olimpiadasına iddialı yollanacaq”
  “Velosiped idmanı Azərbaycan üçün vacibdir”
  Azərbaycan olimpiya yığmasından yeni rekord!
  Millimiz Serbiyaya 5 nəfərlə yollanır
  Milli komandamızın oyununda bədbəxt hadisə
  Yığmamız Belarusa da gücünü göstərdi
  “Əhval-ruhiyyə qələbələrin davamlı olacağından xəbər verir”
  Yığmamızın uğursuz çıxışı davam edir
  İradə Aşumovaya yaraşmayan nəticə
  Heydər Əliyevin xatirəsinə həsr olunan veloturun marşrutu müəyyənləşib
  Ukrayna Bakıda Olimpiya Oyunları üçün idman kompleksinin tikintisinə maraq göstərir
  Milli komandamız Çili ilə qarşılaşacaq
  Milli Olimpiya Komitəsinin 20 illik yubileyi qeyd olunacaq
  Karina Aznavuryan: İndi də Bakıya qayıdardım
  Azərbaycanın birinci xanımı Moskvada “Bakı-2020” layihəsini təqdim edib
  Musayev Hollandiyaya gedir
  Millimiz Polşaya uduzdu
  “Jayco AİS” Azərbaycana gəlir
  Pezaro sınağı
  www.etopaz.az-da yenilik
  Azərbaycanda cıdır-şans totalizator oyunları təşkil olunacaq
  “London Olimpiadasına Mingəçevirdə hazırlaşmağı məqsədəuyğun saydıq” - MÜSAHİBƏ
  Olimpiya çempionumuz daha 2 rəqibinə yerini göstərdi
  www.etopaz.az-ın təqdimatında: Kataloniyada kimin ümidləri öləcək?
  Fatih Sani: Mingəçevirdəki reqataya hər il qatılacağıq - MÜSAHİBƏ
  Olimpiyaçılarımızdan növbəti medallar
  Dünya Kubokunda medalsız qaldıq
  “Prezident Kuboku-2012”: Qaliblər bəllidir!
  Olimpiya çempionu Mingəçevirdə 3 qızıl medal qazandı
  Tyedə 7 azərbaycanlı
  Valentin Demyanenko: Bizə bir medal lazımdır və bu, əsas medaldır
  Millimizin qapıçısı: O öldü, şirkətimiz dağıldı - MÜSAHİBƏ
  Olimpiyaçılarımız iş başında
  Cəfərov hədəfə düşmədi
  www.etopaz.az: Düşünməyə dəysə də, çox düşünməyə ehtiyac yoxdu
     
   
 
 
   
 
 
   
 
     

  PREMYER LİQA  
komandalar o q h m tx
1
Neftçi32203955-3063
2
Xəzər L32178744-2859
3
İnter32168829-2156
4
Qarabağ32158937-2853
5
Qəbələ321571043-3252
6
Bakı321551242-3650
7
AZAL321281244-4447
8
Rəvan3210111139-3941
9
Simurq328101427-4134
10
Kəpəz32951835-5532
11
Turan32671926-4225
12
Sumqayıt32662027-5224

“Sumqayıt” I diviziona düşdü, “Turan” pley-offda

  HƏMİŞƏ BURDA ...  

Premyer Liqanın təqvimi açıqlandı

“Çelsi”nin tarixi zəfəri

“Atletiko” 2-ci dəfə Avroliqanın qalibi oldu

Bizim Arxiv

   TOP 10
Yay bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR
“Çelsi”nin tarixi zəfəri
Peşəkar Futbol Liqasından yeni təklif
“Xəzər Lənkəran” zəif klubla düşəcək!
Bülənt Korkmaz: “Bakı” daha realdı
Sadıq Sadıqov: Onu “Villyareal” da istəyir
Natalya Məmmədova Rusiya klubunda!
Kamran Ağayev Yaponiyada cəzalandırıldı - FOTOSESSİYA
“Xəmsə” rəhbərindən ŞOK ittihamlar
“Qalatasaray” 6 futbolçu ilə yollarını ayırdı
 
Sayt haqqında Əlaqə


Sayt Mozilla Firefox, , Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2004-2008 APA. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by APA