“Rəvan” braziliyalı legionerini tapa bilmir
11:12 06-02-2012
Font ölçüsü : a | A
 |
|
|
|
|
“Sonuncu transferimiz “Turan”dan Məhərrəm Müslümzadə olub. Ancaq yenə gələn olacaq. Biz qapıçı almağı nəzərdə tutmuşuq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Rəvan”ın vitse-prezidenti Bəhruz Şirəliyev deyib.
Bakı təmsilçisi qış fasiləsində bir sıra futbolçularla yollarını ayırdı ki, onlardan biri qapıçı Davud Kərimi oldu. Hazırda qapıçısı İvan Vasilyev olan debütantın “Kəpəz”dən Elşən Poladov və “Qəbələ”nin “Turan”a icarəyə verdiyi Anar Nəzirovdan biri ilə anlaşacağı deyilir. Şirəliyevin sözlərinə görə, bu məsələ hələ açıq qalır: “Bu qapıçılarla bağlı bir şey deyə bilmərəm. Ancaq bir qapıçı transfer edəcəyik. Bu, ya yerli, ya da əcnəbi olacaq. Yaxın 2 gün ərzində yeni qapıçı məsələsinə aydınlıq gələcək”.
“Rəvan”ın əsas futbolçularından olan Reis Klaudinei hələ də düşərgəyə qayıtmayıb. Vitse-prezident braziliyalı legionerlə son vaxtlar əlaqələrinin olmadığını bildirib: “Onunla buradan gedəndə son söhbətimiz olmuşdu. Dedi ki, başqa komandaya keçmək istəmir, “Rəvan”da qalmaq fikrindədir. Bizim işçilər bir müddət onunla əlaqə saxlamışdılar. Reis hər dəfə ailə problemi, həyat yoldaşı ilə bağlı məsələni əsas gətirirdi. Ancaq son vaxtlar onunla əlaqə yoxdur. Yəqin ki, məsələsi bağlanacaq. Hərçənd Klaudinei ilə il yarımlıq müqaviləmiz var”.
Mehman SÜLEYMANOV
bu xəbər
730 dəfə oxunub
|