“Rieka” ilə cavab oyununun tarixi dəqiqləşdi
16:01 26-01-2012
Font ölçüsü : a | A
“Bakı” voleybol klubunun “Çelenc Cup”ın 1/8 finalında Xorvatiyanın “Rieka” komandası ilə ikinci görüşünün vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Ancelo Vercesinin yetirmələri səfərdə fevralın 8-də cavab oyununa çıxacaqlar.
Matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, “Bakı” – “Rieka” oyunu isə fevralın 2-də olacaq. Bakı İdman Sarayında baş tutacaq matç saat 18:00-da başlayacaq.
bu xəbər
250 dəfə oxunub
|