AZE   RUS
MOBILE      WAP    
 
 
 
ANA SƏHİFƏ AÇ-2012 LONDON-2012 FUTBOL TOP OYUNLARI DÖYÜŞ NÖVLƏRİ ATLETİKA STOLÜSTÜ OYUNLAR DİGƏR NÖVLƏR
 
“ ...axmağın, şorgözün biridir”
12:56 30-12-2011
Font ölçüsü :   a   |   A
“Guya, “Qarabağ”da qarabağlı oynayır?”

Azərbaycan cüdo yığmasının üzvü Kifayət Qasımovanın (57 kq) apasport.az saytına müsahibəsi

- Futbolla aranız necədir?
- Mən “Qalatasaray”ın azarkeşiyəm. Özümdən asılı olmayaraq, bu komandaya rəğbət bəsləyirəm.

- Bəs yerli klublarımıza?
- Düzünü desəm, yox. Azərbaycan klublarına niyə azarkeşlik etməliyəm ki?

- Siz əslən qarabağlısınız. Bu mənada, “Qarabağ”ı dəstəkləməyiniz normal haldır...
- Guya, “Qarabağ”da qarabağlı oynayır? Yalnız komandanın adı elədir.

- Düzdür, böyük əksəriyyət gəlmədir. Amma heyətdə məhz bu məkanın təmsilçiləri də var...
- Kimdir? Rəşad?

- Tək Rəşad yox. Rauf Əliyev, Vüqar Nadirov da məhz qarabağlıdırlar...
- Yalnız Rəşadı bilirdim. Digərlərindən xəbərim yox idi. Sağ olun ki, dediniz. Amma daxili çempionata marağım yoxdur. Beynəlxalq arenada olsa, Rəşadgilin oyununa axıradək baxaram. Bir dəfə baxdım, çox maraqlı idi.

- Hansı oyuna?
- Həmin qarşılaşma Respublika stadionunda keçirilirdi. Ruslarla oynayırdılar, qırğın da düşmüşdü. Görüş heç-heçə nəticələndi. Belə görüşlər ya tez-tez olmur, ya da mən vaxt tapa bilmirəm.

- Bəs sizi Azərbaycan - Rusiya görüşünə hansı qüvvə aparmışdı?
- Qızlar dedilər ki, gəlim, futbola gedək. Vaxtım olduğu üçün etiraz etmədim.

- Azərbaycanlı futbolçulardan kimi tanıyırsınız?
- Təkcə Rəşadı. 1-2 nəfər də var, amma adlarını bilmirəm.

- Harada oynadıqlarını da bilmirsiniz?
- Xeyr.

- Futbolçu çox qazana bilər, yoxsa cüdoçu?
- (gülür) Əlbəttə ki, futbolçu.

- Azərbaycanın futbolda ciddi uğuru yoxdur. Amma siz Avropa və dünya çempionatının mükafatçısısınız. Bəs maddi məsələdə tərs mütənasiblik nə ilə bağlıdır?
- Gəlin, zarafatı qoyaq kənara. Tək mən yox, bütün idmançılar təlim-məşq toplanışlarında, yarışlar zamanı deyirik ki, bu qədər əziyyət çəkirik. Amma elə futbolçu var ki, ilboyu ehtiyatda oturur, təsadüfən oynayır, ayda-ildə bir dəfə meydana çıxsa da, bizdən 10 qat çox qazanır. Elə şeylər bizə təsir edir. Amma nə edəsən? Ümumiyyətlə, cüdo çox çətin idman növdür. Eyni zamanda, boks və güləş də çox əziyyətlidir. Görürsən ki, qat-qat zəif idman növləri ilə məşğul olanların qazancları bizdən artıqdır.

- Hansısa futbolçunu gələcək həyat yoldaşınız kimi görmək istəyərsiniz?
- (gülür). Nə bilim, qismətdir. Düzü, mən belə şeylərə konkret “hə” və ya “yox” deyə bilmərəm.

- Yaxşı, sualı dəyişək. Siz bu peşənin sahibinə üstünlük verərsinizmi?
- Yox. Futbolçu ilə evlənmərəm.

- Niyə?
- Çox tanınmış futbolçu istəmirəm. Çünki qızlar onunla çox maraqlanacaqlar.

- Beynəlxalq yarışlarda olursunuz. Sizə də əks cinsin nümayəndələri maraq göstərə bilərlər. Bu, peşəkar idmançı üçün normal hal deyil?
- Düzdür. Oğlanların çox vaxt tanışları olur. Onlara etibar yoxdur. Söhbət təkcə futbolçudan getmir, ümumən deyirəm. Amma hər məsələdə olduğu kimi, burada da insanın özündən çox şey asılıdır. Eləsi var ki, tanınmış deyil, amma axmağın, şorgözün biridir. İstəyirsən, bütün dünya tanısın, abır-həya olduqdan sonra həmin adam öz hərəkətlərinə hədd qoyur, çevrəsinə əl gəzdirir.

- Özünüz necə, heç meydançaya çıxıb futbol oynamısınız?
- Təlim-məşq zamanı tez-tez oynayırıq. Futbol elə idman növlərindəndir ki, adamda müsbət enerji yaradır. Düzdür, çox vaxt basketbola üstünlük veririk. Çünki cüdoçuya əlin daha çox tutarlı olması vacibdir. Lakin futbol oynamırıq da deyə bilmərəm.

- Heç qol vurmusunuz?
- Əlbəttə vurmuşam. Futbol oynamağı bacarıram. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, mən oğlanların çoxundan yaxşı oynayıram.

- Bəlkə xanım olduğunuzu nəzərə alıb, qol vurmağınıza şərait yaradıblar?
- Qətiyyən! Özüm vurmuşam. Hətta mənə deyirlər ki, sən qadınlardan ibarət komandada oynasan, çox xeyir vermiş olarsan. Ümumiyyətlə, yaxşı oynayıram.

- Bəlkə bu yaşdan sonra sənətinizi dəyişmək fikrinə düşmüsünüz?
- Fiziki cəhətdən məndə heç bir problem yoxdur. Yəni, nə qədər desən, qaçaram. Futbol oynaya bilərdim. Artıq gecdir. 5-6 il bundan öncə bunu həyata keçirə bilərdim. Futbolçuları görürəm də... Onların çoxundan yaxşı oynayıram. Lakin indi bu arzumu kənara qoymalıyam. Çünki London Yay Olimpiya Oyunlarından sonra istirahət etmək istəyirəm.

- İstirahət məsələsini qabartdınız. Belə çıxır ki, London olimpiadası sizin üçün sonuncudur...
- Yəqin ki. Düzü, qadınlara yaraşdırmıram ki, 30 yaşdan sonra idmanla məşğul olsunlar.

- Heç olubmu ki, cüdoçu keyfiyyətlərinizdən zaldan kənarda istifadə edəsiniz?
- Uşaq vaxtları baş verirdi. İndi isə elə şeylər olmur. İndi şəhərə çıxanda daha çox maşında gəzirəm. Kimsə lazımsız hərəkət edəndə, ona baş qoşmuram.

bu xəbər 2592 dəfə oxunub

FaceBookda Paylas Twitter da Paylas Google da Paylas MySpace de Paylas
 
 
DÖYÜŞ NÖVLƏRİ
     
 
Nəriman Abdullayev: Onun rinqdə ayağı burxuldu - MÜSAHİBƏ

Yelena Vıstropova: O qədər həyəcanlıyam ki... - MÜSAHİBƏ

Saypulla Absaidov: Əsas məqsədimiz Dünya Kubokunu qazanmaqdır

“Çəkimi dəyişsəm də, adımı itirmədim”

Rəhimovun arzusu puç oldu - YENİLƏNİB

 
  Digər xəbərləri

  Nəriman Abdullayev: Onun rinqdə ayağı burxuldu - MÜSAHİBƏ
  14 cüdoçuya 3 medal
  Məmişzadə Minskdən qızıl medalla qayıdır
  Boksçumuz dünya çempionatında gümüş medal qazandı
  Yığmamızı formalaşdıracaq güləşçilər
  Avropa Kubokunda 23 azərbaycanlı
  Yelena Vıstropova: O qədər həyəcanlıyam ki... - MÜSAHİBƏ
  Olimpiyaçımız rəqibinin ad günündə çempionluq döyüşünə çıxacaq
  2 boksçumuz növbəti mərhələdə
  Boksçumuz dünya çempionatının yarımfinalında!
  Rəqibi boksçumuzun qarşısına çıxa bilmədi
  Qoqi Koquaşvili: Azərbaycan Dünya Kubokunu qazana bilər
  Dünya Kuboku: Azərbaycan yığmasının heyəti dəqiqləşdi
  Maranyan və Arutyunyan yığmamıza rəqib oldu
  Boksçularımız 15 medal qazandılar
  Boksçumuzdan daha bir qələbə
  Yığmamız üçün eyni reytinq
  Erməni üzərində layiqli qələbə
  Dünya Kuboku İrana getdi
  Bakıdakı Dünya Kubokunun püşkü atıldı
  Dünya çempionatında rəqiblərimiz bilindi
  “Böyük Dəbilqə” üçün yığmamızın heyəti açıqlandı
  Yığmamız Rusiya ilə birgə hazırlıq keçəcək
  Rusiya yığması Bakıya gətirəcəyi heyəti açıqladı
  FİLA prezidenti Bakıda mətbuat konfransı keçirəcək
  Saypulla Absaidov: Əsas məqsədimiz Dünya Kubokunu qazanmaqdır
  Dünya Kuboku üçün Azərbaycan yığmasının heyəti açıqlanıb
  London Olimpiadasına 51-ci lisenziya
  Hindistan millisi Bakıya gəlir
  Boksçumuz Rusiyadan qızıl medalla qayıdır
  “Çəkimi dəyişsəm də, adımı itirmədim”
  Qızıl görən olmadı
  19 medal və komanda hesabında I yer
  Ramin Əzizov Mançesterdə gümüş medal qazandı
  Rəhimovun arzusu puç oldu - YENİLƏNİB
  Qran-Pri başlamayıb, Kifayət Qasımova finaldadı
  Məhəmmədov lisenziya qazana bilmədi - YENİLƏNİB
  Qadın boksçularımız dünya çempionatına hazırlaşırlar
  Həmyerlimiz Mançesterdə rəqibin əlini sındırdı - FOTO
  Bakı Qran-prisində 21 ölkə
  Taekvondoçumuz Avropa çempionatında gümüş medal qazandı
  9 ölkənin millisi Azərbaycana gəlir
  “Rəqibim erməni olmasaydı, imtina edərdim”
  Fariz Məmmədovun rəqibi erməni oldu
  Boksçularımız Umaxanov turnirində
  Milli komandamızın planları rəsmən açıqlandı
  Avropa bürüncü ilə 6 pillə irəlilədi
  Daha 5 lisenziyaya doğru
  İdmançımız avtomobil qəzasında öldü
  London-2012: Azərbaycan - Ermənistan – 7:1
  Milli komandamız Mançesterə yollandı
  Azərbaycan London Olimpiadasına 49-cu lisenziyanı qazandı
  Şalva Qadabadze London Olimpiadasına 42-ci lisenziyamızı qazandı
  10 idmançıya 1 bürünc medal
  Çində ikinci qızıl və ikinci lisenziya - YENİLƏNİB
  Avropa çempionatında hələ medala həsrətik
  Xetaq Qazyumov Çindən lisenziya və qızılla qayıdır
  Taekvondoçumuz üçün xüsusi mükafat
  “O, həm özünü, həm də idmançıları yormuşdu” - MÜSAHİBƏ
  Boks Federasiyasından möhtəşəm layihə - FOTO
  İlk gündə uğursuzluq
  Boks yığmamızın baş məşqçisi istefa verdi
  Güləşçilərimiz Çinə yollandılar
  Güləşçilərimizdən növbəti lisenziya
  Trabzon turniri başa çatdı
  Vətən Hüseynli: Dəqiq zərbə vurmaq çətin idi
  Həm lisenziya, həm çempion
  Vətən Hüseynli Londona lisenziya qazanan 7-ci boksçumuz oldu
  Boksçumuz döyüşmədən finala yüksəldi
  Boksçularımız TvEM-də
  Boksçularımız Minskə gedəcəklər
  “Olimpiadada qalib gələ bilməyəcəyim rəqib olmayacaq”
  “Bu, son illərdə əldə olunmuş ən böyük nailiyyətlərdən biridir”
  Güləş yığmalarımızın heyəti açıqlandı
  Daha bir Azərbaycan boksçusu olimpiaya lisenziyası qazandı
     
   
 
 
   
 
 
   
 
     

  PREMYER LİQA  
komandalar o q h m tx
1
Neftçi32203955-3063
2
Xəzər L32178744-2859
3
İnter32168829-2156
4
Qarabağ32158937-2853
5
Qəbələ321571043-3252
6
Bakı321551242-3650
7
AZAL321281244-4447
8
Rəvan3210111139-3941
9
Simurq328101427-4134
10
Kəpəz32951835-5532
11
Turan32671926-4225
12
Sumqayıt32662027-5224

“Sumqayıt” I diviziona düşdü, “Turan” pley-offda

  HƏMİŞƏ BURDA ...  

Premyer Liqanın təqvimi açıqlandı

“Çelsi”nin tarixi zəfəri

“Atletiko” 2-ci dəfə Avroliqanın qalibi oldu

Bizim Arxiv

   TOP 10
Yay bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR
“Çelsi”nin tarixi zəfəri
Peşəkar Futbol Liqasından yeni təklif
“Xəzər Lənkəran” zəif klubla düşəcək!
Bülənt Korkmaz: “Bakı” daha realdı
Sadıq Sadıqov: Onu “Villyareal” da istəyir
Natalya Məmmədova Rusiya klubunda!
Kamran Ağayev Yaponiyada cəzalandırıldı - FOTOSESSİYA
“Xəmsə” rəhbərindən ŞOK ittihamlar
“Qalatasaray” 6 futbolçu ilə yollarını ayırdı
 
Sayt haqqında Əlaqə


Sayt Mozilla Firefox, , Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2004-2008 APA. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by APA