AFFA Azərbaycan milli komandasına daha bir rəqib tapdı
14:52 03-02-2012
Font ölçüsü : a | A
Azərbaycan milli komandasının Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində daha bir yoldaşlıq oyunu keçirəcəyi müəyyənləşib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, yığmamız fevralın 27-də, Dubay şəhərində Hindistan yığması ilə qarşılaşacaq.
Bu, futbolçularımızın hindistanlılarla ilk dueli olacaq.
Qeyd edək ki, millimiz Dubay şəhərində fevralın 24-də Sinqapur, fevralın 29-da isə Fələstin yığması ilə yoldaşlıq oyunu keçirəcək.
bu xəbər
711 dəfə oxunub
|