AVRO-2012: Yığmamız qrupda qaldı
01:17 04-02-2012
Font ölçüsü : a | A
 |
|
|
|
|
Bu gün futzal üzrə Azərbaycan millisi Avropa çempionatının final mərhələsində ikinci oyununu keçirib. Apasport.az saytının Zaqrebə ezam olunmuş əməkdaşının məlumatına görə, Joze Alesio da Silvanin yetirmələri Serbiya yığması ilə görüşüb.
Bakı vaxtı ilə 23:30-da başlayan oyun millimiz üçün həlledici xarakter daşıyıb. Belə ki, ilk turda Portuqaliyaya 1:4 hesabı ilə uduzan yığmamız yenə uduzaraq, Avro-2012-ilə vidalaşıb. Bununla da 2 il öncə Macarıstanda keçirilən Avropa çempionatında 4-cü olan yığmamız bu dəfə qrupdan şıxa bilməyib.
Artıq yığmamızın start heyəti açıqlanıb. Da Silva Portuqaliya ilə oyunla müqayisədə 1 dəyişiklik edib. Belə ki, həmin matçda zəif təsir bağışlayan Serjaonu həmyerlisi olan digər hücumçu Jadder Dantas əvəzləyəcək. Digər dördlük - qapışı Andrey Tveryankin, sahə oyunçuları Rizvan Fərzəliyev, Vitali Borisov, Felipe yenə ilk dəqiqələrdən meydanda olacaq. Namiq Məmmədkərimov isə ümumiyyətlə, iştirak ərizəsinə daxil edilməyib. Onu Portuqaliya ilə matçda sifariş olunmayan Rüfət Balakişiyev əvəzləyib.
Avropa çempionatının final mərhələsinin oyunu
D qrupu
3 fevral
23:30. AZƏRBAYCAN – SERBİYA - 8:9
QOLLAR: Felipe, 1, 9, Rizvan Fərzəliyev, 9, Jadder Dantas, 11, 23, 32, Tyaqu, 34, Vidan Bojoviç-öz qapısına, 39 - Vidan Bojoviç, 6, 8, 29, 39, Slobodan Rayçeviç, 9, Mladen Koçiç, 22, 27, Vladimir Laziç, 23, Boyan Pavişeviç, 39
Hakimlər: Sebastyan Stavitski (Polşa), Françesko Massinini (İtaliya)
Zaqreb. “Zaqreb Arena”
AZƏRBAYCAN: 1. Andrey Tveryankin, 5. Felipe, 8. Rizvan Fərzəliyev, 14. Vitali Borisov, 18. Jadder Dantas.
Ehtiyat oyunçular: 12. Marat Salyanski (k), 3. İlkin Hacıyev, 4. Serrjao, 6. Alveş, 7. Rəcəb Fərəczadə, 19. Tyaqu, 15 Rüfət Balakişiyev.
Baş məşqçi: Joze Alesio Da Silva
SERBİYA: 1. Miodraq Aksentiyeviç, 7. Slobodan Yanjiç, 8. Marko Prşiç, 10. Mladen Koçiç, 14. Slobodan Rayçeviç.
Ehtiyat oyunçular: 12. Nikola Yosimoviç, 5. Aleksandar Jivanoviç, 4. Vladimir Milosavaç, 5. Boyan Pavişeviç (k), 9. Vladimir Laziç, 11. Yovan Corceviç, 13. Vidan Bojoviç.
Baş məşqçi: Aca Kovaçeviç
1-ci dəq. Komandamız 8-ci saniyədə Felipe ilə hesabı açdı - 1:0.
3-cü dəq. Borisov qapıçı ilə təkbətəkdən istifadə edə bilmədi. Künc zərbəsindən sonra onun güclü həmləsini rəqib qapıçı tutdu.
4-cü dəq. Tveryankin topu cərimə meydanından kənarda çıxardığına görə sarı ilə ilə cəzalandırıldı. Andrey bundan sonra ustalığını nümayiş etdirərək, güclü zərbəni dəf etdi.
5-ci dəq. Felipenin dubl etməyinə rəqib qapıçı imkan vermədi.
5-ci dəq. Onun edə bilmədiyini Rizvan reallaşdırdı - 2:0.
6-cı dəq. Andrey dalbadal 2 dəfə ustalığını nümayiş etdirdi.
6-cı dəq. Jivanoviç hesab arasında fərqi azaldır - 2:1.
8-ci dəq. Rəqib Bojoviçlə hesabı bərabərləşdirir - 2:2. Bu, azmış kimi, Andrey qol epizodunda rəqibə kobudluğa görə 2-ci sarı, qırmızı vərəqə alır və meydandan çıxarılır. Onu ehtiyat qapıçı, kapitanımız Salyanski əvəzləyir.
9-cu dəq. Felipe vaxtında vacib qol vurur - 3:2.
9-cu dəq. Rəqib növbəti hücumda Raceviçlə buna cavab verir - 3:3.
10-cu dəq. Yığmamız 6-cı cərimə olduğuna görə qapımıza 10 metrlik cərimə zərbəsi təyin edilir. Andreyi əvəzləyən Marat zərbəni dəf edir.
11-ci dəq. Jadder bizi yenidən hesabda irəli çıxarır - 4:3.
17-ci dəq. Sakyanski komandamızı real qoldan xilas edir.
19-cu dəq. Tyaqunun güclü zərbəsini Aksentiyeviç qaytarır.
20-ci dəq. Marat bu dəfə ayaqları ilə topu çıxarır və fasiləyə 1 top irəlidə yollanırıq.
21-ci dəq. İkinci hissədə ilk real qol imkanı rəqibdə oldu. Top qapı dirəyindən qayıtdı.
22-ci dəq. Jadderin topu itirməsindən sonra Koçiç tarazılığı bərpa etdi - 4:4.
23-cü dəq. Oyunçumuz növbəti hücumda qol vuraraq, günahını yudu - 5:4.
24-cü dəq. Laziç hesabı bərabərləşdirdi - 5:5.
26-cı dəq. Salyanski cərimə zərbəsindən sonra topu qaytardı.
27-ci dəq. Rəqib qapıçı topa cərimə meydanından kənarından əllə toxunduğuna görə sarı vərəqə aldı. Ancaq təyin edilən cərimə zərbəsindən istifadə edə bilmədik.
27-ci. Ardından Serjao yüz fazili imkanı əldən verir və Koçiş növbəti hücumda bizi cəzalandırdı - 5:6. Bununla serblər oyunda ilk dəfə hesabda irəli çıxdı
28-ci dəq. Marat yenə bizi xilas etsə də, növbəti hücumda Bojoviç fərqi 2 topa çatdırdı - 5:7.
32-ci dəq. Jadder fərqi minuma endirdi - 6:7.
34-cü dəq. Millimiz daha bir zərbə alır. Felipe zədələnərək, meydanı tərk etdi
35-ci dəq. Tyaqu hesabı bərabərləşdirdi - 7:7.
36-cı dəq. Serjao yenə əla imkandan yararlana bilmədi. Tribunadakılar Serjao qışqırıraraq, onu ruhlandırdılar.
37-ci dəq. Yosimoviç yenidən serbləri irəli çıxarır - 7:8.
39-cu dəq. Boyoviç fəqi artırsa da, növbəti hücumda rəqib avtoqol etdi - 8:9.
40-cı dəq. Hakim sonda aşkar qayda pozuntusuna görə rəqibə 6-cı cərimə və qapısına 10 metrlik zərbə vermədi. Bununla da qrupda 2-ci oyununda da uduzan millimiz turnirdə çıxışını başa vurdu.
Mehman SÜLEYMANOV
ZAQREB
bu xəbər
5805 dəfə oxunub
|