Ancelo Vercesi: Çox vuruşsaq da, qələbə qazana bilmədik
00:00 15-02-2012
Font ölçüsü : a | A
“Çox çalışdıq, çox vuruşduq. Lakin qələbə qazana bilmədik”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı” voleybol klubunun baş məşqçisi Ancelo Vercesi deyib.
Braziliyalı mütəxəssis Super Liqanın IX turunda “İqtisadçı”ya 2:3 hesablı məğlubiyyəti şərh edib. Onun sözlərinə görə, komandası son anda bəzi səhvlər səbəbindən qələbəni əldən verib.
Vercesi bu məğlubiyyətin “Çelenc Cup”da yetirmələri üçün hansısa psixoloji çətinlik yaratmayacağını da deyib: “Onlarla oyuna ciddi hazırlaşmışıq. Rəqibin oyununun videoyazısını da izləmişik. Heyətlərində hündürboylu və güclü voleybolçular yer alıb. Buna baxmayaraq, oyuna tam köklənib, qalib gəlməyə çalışacağıq”.
Qeyd edək ki, “Bakı” “Çelenc Cup”ın 1/4 final mərhələsində “Omiçka” (Rusiya) ilə qarşılaşacaq.
bu xəbər
261 dəfə oxunub
|