Azərbaycan – Serbiya: 25-lərin fərqi - STATİSTİKA
11:23 04-02-2012
Font ölçüsü : a | A
Futzal üzrə Avro-2012-nin final mərhələsinin ikinci turunda Serbiyaya məğlub olan yığmamız rəqibindən elə də zəif oyun nümayiş etdirməyib. Apasport.az-ın məlumatına görə, oyunun statistik göstəricilərini açıqlayan UEFA-nın rəsmi saytı millimizin çərçivəyə rəqiblə eyni sayda zərbə vurduğunu göstərib.
Lakin 40 dəqiqə ərzində 25 dəfə serblərin qapısını nişan alan yığmamız 8 dəfə fərqləndiyi halda, rəqibimiz bu zərbələrdən 9-unu qola çevirib. Qeyri-dəqiq zərbələrin sayında isə onlar komandamızdan öndə olublar.
Azərbaycan | | Serbiya | 8 | Qollar | 9 | 25 | Çərçivəyə zərbələr | 25 | 8 | Qeyri-dəqiq zərbələr | 18 | 33 | Ümumi zərbələr | 43 | 14 | Künc zərbələri | 19 | 7 | Qayda pozuntuları | 9 | 2 | Sarı vərəqələr | 3 | 1 | Qırmızı vərəqələr | 0 |
Qeyd edək ki, ilk oyunda da Portuqaliyaya 1:4 hesabı ilə uduzan yığmamız Avro-2012-nin final mərhələsində çıxışını vaxtından əvvəl dayandırıb.
bu xəbər
873 dəfə oxunub
|