Azərbaycan - Belarus oyunlarının tarixi açıqlandı
13:17 22-02-2012
Font ölçüsü : a | A
Həndbolçu qadınlardan ibarət Azərbaycan milli komandasının Avro-2012-nin qrup mərhələsində Belarusla keçirəcəyi oyunların tarixi və başlama saatı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Rəfiqə Şabanovanın yetirmələri Bakıda təşkil olunacaq görüşə martın 21-də çıxacaqlar.
Novruz bayramına təsadüf edəcək qarşılaşma saat 17:00-da başlayacaq.
Cavab matçı isə martın 25-də olacaq. Mogilyovda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.
Qeyd edək ki, yığmamız qrup mərhələsində artıq 2 oyun keçirib və həm Macarıstan (19:41), həm də Almaniya (16:34) millilərinə uduzub. Belarusun da Azərbaycan kimi xalı olmasa da, turnir cədvəlində həndbolçularımızı qabaqlayır.
Rəfiqə Şabanovanın macarlarla ev, almanlarla səfər qarşılaşmalarının tarixi isə hələ dəqiqləşməyib.
bu xəbər
298 dəfə oxunub
|