Emil Mpenzadan yeni xəbər
11:15 22-02-2012
Font ölçüsü : a | A
“Neftçi” klubunun futbolçusu Emil Mpenza yenidən Belçika mətbuatının gündəminə düşüb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin transferə çıxardığı 34 yaşlı hücumçu özü üçün şad olan xəbəri həmkarlarımızla bölüşüb.
Lakin o, yeni klub tapmağından yox, şəxsi sevincindən bəhs edib: “Neçə vaxtdır ki, belçikalı qızla münasibətlərim var. İndi biz uşaq gözləyirik. Körpəmiz mayda dünyaya gəlməlidir. Mən ikinci dəfə ata oluram”.
Qeyd edək ki, Mpenzanın sevgilisi Belçikada yetərincə tanınan Şana Bendir.
bu xəbər
844 dəfə oxunub
|