Həmyerlimiz Fransa adından İsveçrəyə yollanacaq
18:27 09-12-2011
Font ölçüsü : a | A
Azərbaycan milli komandasının şahmatçısı Rauf Məmmədov 2011-ci ilin son yarışını İsveçrədə keçirəcək. Apasport.az saytının məlumatına görə, qrossmeysterimiz burada “Geneve Open” turnirində qüvvəsini sınayacaq. Aktivində 2640 reytinq xalı olan Məmmədov yarışın reytinq-favoritidir.
22 zəka sahibinin qatılacağı yarışda digər həmyerlimiz Namiq Quliyev (2549) də iştirak edəcək. Ancaq qrossmeyster İsveçrədə Azərbaycanı deyil, yaşadığı Fransanı təmsil edəcək.
Yarış 7 turdan ibarət olacaq. Dekabrın 26-sı, 28-i və 30-da 1, digər 2 günün hərəsində 2 tur keçiriləcək.
Qeyd edək ki, “Geneve Open”in ümumi mükafat fondu 16 min İsveçrə frankıdır. Qalib 3000 franka sahib olacaq.
bu xəbər
754 dəfə oxunub
|