Həmyerlimizdən Çempionlar Liqasının iştirakçısına 5 zərbə
10:33 06-02-2012
Font ölçüsü : a | A
Qadın voleybolçular arasında İtaliya A seriyasında XIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin üzvü Kseniya Kovalenkonun şərəfini qoruduğu “Kariparma” “Villa Kortese”ni qəbul edib.
Oyun Çempionlar Liqasının iştirakçısı olan qonaqların qələbəsi ilə yekunlaşıb – 3:0 (25:14, 26:24, 25:15). Kovalenko matçda komandasına 5 xal qazandırıb.
Qeyd edək ki, bu məğlubiyyətdən sonra aktivində 16 xalı olan “Kariparma” 1 pillə geriləyərək, 8-ci yerə düşüb.
bu xəbər
467 dəfə oxunub
|