Hava daha bir çempionatımızı “vurdu”
15:07 10-02-2012
Font ölçüsü : a | A
Kişi basketbolçular arasında Azərbaycan çempionatında IX turunun oyunları təxirə salınıb. Apasport.az saytının məlumatına görə, sabah baş tutmalı olan 3 matç əlverişsiz hava şəraiti səbəbindən baş tutmayacaq.
Bu qarşılaşmalar bir həftə sonraya – fevralın 18-də keçirilib. Nəticədə həmin tarixdə keçirilməli olan II dövrənin son turunun görüşləri də müvafiq olaraq, fevralın 25-ə təyin edilib.
Qeyd edək ki, bundan öncə qadın voleybolçular arasında Super Liqanın və futbolçular arasında Premyer Liqanın matçları qar səbəbindən təxirə salınmışdı.
bu xəbər
526 dəfə oxunub
|