Kamran Ağayev niyə oynamır?
15:06 21-02-2012
Font ölçüsü : a | A
“Xəzər Lənkəran” klubunun futbolçusu Kamran Ağayevin Premyer Liqanın XXI turunun “Qəbələ” ilə oyununda əsas heyətdən kənar qalmasının səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, 28 yaşlı qapıçının ehtiyat oyunçular skamyasında qalması onun sağlamlıq durumu ilə bağlıdır. Belə ki, hərarəti yüksək olduğu üçün Kamran yerini Kamal Bayramova verib.
Qeyd edək ki, Ağayev sabah Azərbaycan milli komandasının düşərgəsinə yollanaraq təlim-məşq toplanışında iştirak etməlidir.
bu xəbər
498 dəfə oxunub
|