Milimizin rəqibi üçün “müştəri”
19:03 21-02-2012
Font ölçüsü : a | A
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Rusiya yığması baş məşqçisini itirə bilər. Apasport.az saytının məlumatına görə, Rusiya Futbol İttifaqı ilə 2+2 il müddətinə müqavilə imzalayan hollandiyalı Dik Advokaat anlaşmanın uzadılmasından imtina etməsi mümkündür. Belə ki, müqaviləsi Avro-2012-nin final mərhələsindən sonra bitəcək lakin onun uzadılmasına artıq apreldə qərar verməli olan mütəxəssis vətənində çalışmaq imkanı əldə edə bilər. Advokaat Hollandiyanın ən titullu klublarından olan PSV-nin yeni mövsüm üçün baş məşqçi postuna namizədlərin sırasına daxil edilib.
bu xəbər
378 dəfə oxunub
|