Millətlər Kubokunda 1 dəqiqəlik sükut
15:50 02-02-2012
Font ölçüsü : a | A
Afrika Millətlər Kubokunun 1/4 final mərhələsinin bütün oyunları 1 dəqiqəlik sükutla başlayacaq. Apasport.az saytının məlumatına görə, Afrika Futbol Konfederasiyası Misir çempionatında keçirilən faciəvi “Əl Məsri” – “Əl Əhli” matçından sonra baş verənlərə görə bu qərar gəlib. Buna görə də fevralın 4-5-də baş tutacaq matçlardan əvvəl stadionlarda sükut olacaq. Görüşdən sonra azarkeşlərin meydançaya daxil olması, yaranan qarşıdurmada 74 nəfər ölüb, 300-ə yaxın insanın yaralanmasına biganə qalmayan konfederasiya bu addımı zəruri sayıb.
Qeyd edək ki, artıq Misirdə 3 günlük matəm elan olunub.
bu xəbər
317 dəfə oxunub
|