Misir futbolunun əfsanəsi Julius Vobayı qalmaqala buraxmadı
16:16 02-02-2012
Font ölçüsü : a | A
“Xəzər Lənkəran” klubunun sabiq futbolçusu Julius Vobay Misir çempionatında keçirilən faciəvi “Əl Məsri” – “Əl Əhli” matçından iştirak etməyib. Apasport.az saytının məlumatına görə, meydan sahiblərinin bir neçə gün əvvəl transfer etdiyi syerra-leoneli bu qarşılaşmada komandasına lazım olmayıb.
Görüşdən sonra azarkeşlərin meydançaya daxil olduğu, yaranan qarşıdurmada 74 nəfər ölüb, 300-ə yaxın insanın yaralandığı qarşılaşmanın ardından azarkeşlər “Əl Əhli”nin futbolçuları və məşqçilərinə hücum çəkiblər.
Meydan sahiblərinin meydana çıxmayan futbolçuları arasında olan Vobay isə bütün hadisələri kənardan izləyib. Çünki baş məşqçi Hössam Həssən 17 nömrəli formanı daşıyan Juliusa ehtiyac duymayıb. Misir milli komandasında 169 oyun keçirən, bu göstəricidə dünyanın 4-cüsü olan əfsanəvi futbolçu baş məşqçisi olduğu komandanın bu oyununda onu görmək istəməyib.
Qeyd edək ki, meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatan matçdan sonra bir qrup azarkeş stadionu yandırıb. Digər bir qrup azarkeş isə stadiondan çöldə hökumət əleyhinə aksiyaya başlamışdı.
bu xəbər
1603 dəfə oxunub
|