SİZİN REKLAM BURADA

Oynayanda geri, oynamayanda irəli!

Millimiz son siyahıda neçənci pillədə olacaq?

FİFA-nın milli komandaların 2013-cü il üçün sonuncu reytinq cədvəli dekabrın 19-da açıqlanacaq. Apasport.az saytının məlumatına görə, artıq siyahıda yığmaların hansı pillədə qərarlaşacağı məlumdur.

Hesablamalara əsasən, Azərbaycan yeni siyahıda 93-cü yerdə olacaq. Sonuncu dəfə noyabrın 28-də açıqlanan siyahının rəsmən dərc olunmasından sonra heç bir rəsmi oyuna çıxmayan yığmamızın hesabındakı xal isə dəyişməz qalıb. Belə ki, komandamızın indiki kimi 363 xalı olacaq.

Lakin oynamamağı da millinin irəliləməsinə mane ola bilməyəcək. Ötən ay 95-ci olan komandamız 2 pillə yüksələcək. Əslində, 93-cü pillənin bu dəfə 3 sahibi olması gözlənilir. Çünki, yerində qalan Efiopiya və 3 pillə irəliləyəcək Estoniya da komandamız kimi 363 xala malik olacaq.

Komandamızın irəliləməsi 2 ölkə - Kuba və Dominikan Respublikasının uçuruma yuvarlanması ilə bağlıdır. Onlar müvafiq olaraq, 53 və 27 pillə aşağı düşməlidir. Düzdür, 12 pillə yüksələcək Səudiyyə Ərəbistanı bizi keçəcək. Lakin Efiopiyaya çatmağımız 2 pilləlik irəliləyişi təmin edəcək.

Qeyd edək ki, İspaniya (1507), Almaniya (1318) və Argentinanın (1251) qərarlaşdığı ilk “üçlük”də heç bir dəyişiklik gözlənilmir.
SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

 Qarabağ

36

26

6

4

66:21

84

2.

 Zirə

36

17

11

8

42:31

62

3.

 Qəbələ 

36

16

11

9

44:28

59

4.

 İnter 

35

16

11

9

39:28

59

5.

 Kəpəz

36

15

11

10

48:40

56

6.

 Neftçi

36

13

10

13

41:41

49

7.

 AZAL

36

13

7

16

26:38

46

8.

 Sumqayıt

36

9

12

15

41:49

39

9.

 Rəvan

36

5

9

22

28:63

18

10.

 Xəzər L

36

3

6

27

16:51

15

Top 10