AZE   RUS
MOBILE      WAP    
 
 
 
ANA SƏHİFƏ AÇ-2012 LONDON-2012 FUTBOL TOP OYUNLARI DÖYÜŞ NÖVLƏRİ ATLETİKA STOLÜSTÜ OYUNLAR DİGƏR NÖVLƏR
 
Qəbələdə Türkiyə derbisi!
21:19 20-02-2012
Font ölçüsü :   a   |   A


Sabah Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində türkiyəli baş məşqçilərin dueli olacaq. Apasport.az saytının məlumatına görə, Qəbələnin Böyük Əmili kənd stadionunda saat 14:00-da başlayacaq “Qəbələ” – “Xəzər Lənkəran” matçında Fatih Kavlakla Cüneyt Biçər Türkiyə derbisini təşkil edəcəklər.

Onların təkcə həmyerli yox, eyni zamanda cari mövsümdə ən gənc baş məşqçilər olmağı görüşə marağı artırır. Yeri gəlmişkən, 38 yaşlı Kavlak Biçərdən 1 yaş böyükdür.

Hər 2 türkiyəlini birləşdirən yetərincə məqamlar var. Yəni onların ikisi də ölkəmizə 2009-cu ildə gəlib və artıq 2-ci klubumuzda çalışırlar. 2009/10 mövsümündə Kavlak “Qarabağ”a, Biçər “Bakı”ya gəlmişdi. Birinci Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun köməkçisi idisə, ikinci paytaxt təmsilçisində uşaq futbolu üzrə koordinator idi.

İkisi də həmin mövsümdən sonra klublarla yollarını ayırası oldular. Belə ki, Kavlak “Qəbələ”nin baş məşqçisi təyin edilən məşhur ingilis Toni Adamsın dəvətini qəbul edərək, onun köməkçisi oldu. Biçər isə həmin mövsümün sonunda Premyer Liqamızın gümüş medalı və ölkə kubokunu qazandırdığı “Bakı”dan gedərək, vətəninə qayıtdı və Bank Asiya I divizion təmsilçisi “Altay”da köməkçi məşqçi işlədi.

Türkiyəli çalışdırıcıların hər ikisi cari mövsümün, daha doğrusu, II dövrənin əvvəlində baş məşqçi postuna keçdilər. Yəni Kavlak Adamsın, Biçər isə rumıniyalı baş məşqçi Mirça Rednikin istefasından sonra öz komandalarının “sükanı arxası”na gətirildi. Bu yerdə qeyd edək ki, Biçər ötən yay ölkəmizə “Xəzər Lənkəran”ın dəvəti ilə qayıdaraq, bu klubda da fəaliyyətə uşaq futbolu üzrə koordinator kimi başladı.

O, həmyerlisindən fərqli, bunadək Azərbaycanda baş məşqçi kimi çalışdığından, sabahkı rəqibi ilə görüşüb. Bu, 2009/10 mövsümünün “altılığ”ına aiddir. Özü də maraqlıdır ki, məşhur həmyerlisi Bülənt Korkmazın istefasından sonra “Bakı”nın baş məşqçi postu tapşırılan Biçər debütdə məhz “Qəbələ” ilə üzləşmişdi. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən həmin matçda hesabda irəlidə olan “zolaqlılar” sona yaxın buraxdığı qolla qələbəni əldən vermişdi – 1:1. “Bakı” “Qəbələ” ilə səfər matçında isə sona yaxın buraxdığı qolla uduzmuşdu – 0:1. Yəni Biçər qəbələlilərlə həmin vaxt dueldə 2 oyuna 1 xal toplamışdı.

Maraqlısı odur ki, Biçərin Premyer Liqamızda yeganə məğlubiyyəti məhz səfərdə “Qəbələ”dən alıb. Həmin vaxt “altılıq”da “Bakı” ilə başqa məğlubiyyəti olmayan türkiyəli çalışdırıcı “Xəzər Lənkəran”ı çıxardığı 4 matçda uduzmayıb – 3 qələbə, 1 heç-heçə. Biçərin ölkəmizdə ümumi məğlubiyyətləri isə 2-dir ki, bunun digəri “İnter”lə ölkə kubokunun ilk yarımfinal oyununa təsadüf edir. Respublika stadionundakı matç “Bakı”nın 0:1 hesablı məğlubiyyəti ilə nəticələnmişdi. Ancaq “zolaqlılar” “Şəfa” stadionunda cavab oyununda 3:1 hesabı ilə qalib gələrək finala çıxmış və orada da “Xəzər Lənkəran”ı yenərək, ölkə kubokunu qazanmışdı.

Qeyd edək ki, Kavlakın məşqçisi olduğu “Qarabağ”la “Qəbələ” “Xəzər Lənkəran”la indiyə kimi 5 dəfə görüşüb. Maraqlıdır ki, onun vaxtında bu komandalar lənkəranlılara hər 2 ev oyununda qələbəni bayram edib. Bu, Ağdamda 2:1, Qəbələdə 1:0 hesabı ilə olub. Ancaq səfər matçlarının hər 3-ü məğlubiyyətlə nəticələnib - 2 dəfə 1:2, 1 dəfə 0:1.

Mehman SÜLEYMANOV

bu xəbər 810 dəfə oxunub

FaceBookda Paylas Twitter da Paylas Google da Paylas MySpace de Paylas
 
 
FUTBOL
     
 
Rəşad Abdullayev: Ola bilsin “Xəzər Lənkəran”a qayıtdım

Ən yaxşı ikinci

Yunis Hüseynov: Bu xəbərlərin hamısı yalandı - MÜSAHİBƏ

Adamiya: “İnter”lə müqavilə bağlamağa gəlirəm – MÜSAHİBƏ

Uzaq şərq döyüşü

 
  Digər xəbərləri

  Yığma futbolçularının həyat yoldaşları soyundular - FOTO
  Daha 4 il “Real”da - FOTO
  Yay bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR
  ŞOK: Julius Vobayın “Neftçi”yə keçidi baş tutmadı
  Rəşad Abdullayev: Ola bilsin “Xəzər Lənkəran”a qayıtdım
  Millinin futbolçuları “Şərəf Məcəlləsi”ni imzalayacaq
  Berti Foqts: Yaponiya ilə oyun bizim üçün böyük təcrübə olacaq
  FİFA Kosovanı tanıdı
  Fərid Quliyev: Bu qərarı gözləyirdim
  Ən yaxşı ikinci
  Azərbaycan yığması üçün Keyt Hill
  Dünya çempionatına 122 gün qalmış
  Yunis Hüseynov: Bu xəbərlərin hamısı yalandı - MÜSAHİBƏ
  Premyer Liqada “transfer pəncərəsi” iyunun 9-da açılacaq
  Rəşad Abdullayev “Neftçi”dən uzaqlaşdırıldı
  Adamiya: “İnter”lə müqavilə bağlamağa gəlirəm – MÜSAHİBƏ
  Yaponiya – Azərbaycan oyunu: Televiziya, radio və saytda
  “Bavariya”nın futbolçuları penalti vurmaqdan imtina edibmiş
  “İnter” yerli futbolçu aldı
  Millimiz üçün yeni tarix, Ufuk Budak əlamətdar günə hazırlaşır
  AFFA “Neftçi” və “Bakı”nı cəzalandırdı
  Uzaq şərq döyüşü
  Azərbaycan üçün Çempionlar Liqasının finalçısı
  Superkubokun vaxtı müəyyənləşdi
  Yaponiya - Azərbaycan matçının hakimi bəlli oldu
  Polyakların çempionat öncəsi vəziyyəti www.etopaz.az-da!
  “Azərbaycan yığması ilə evdə oynadığımızdan, qalib gəlməliyik”
  İrlandiya çempionu “Neftçi” ilə oynaya bilməz
  “Real”ın futbolçuları “Qalatasaray”la danışıqlara gəldilər
  Millimizə qarşı oynayacaq futbolçuya 20 milyon avro qiymət qoyuldu
  “Məqsədimiz qrup mərhələsinə düşməkdir” - MÜSAHİBƏ
  Türkiyə Futbol Federasiyasına silahlı hücum
  “İnter”in ən yaxşısı - Petar Zlatinov
  “Foqts deyir ki, çalış, klubunda əsas heyətdə oyna”
  Çempionlar Liqasında ən intizamsız klublar finalçılar imiş
  1-ci səhifədəki 61-ci rəqib
  Droqba “Çelsi”dən gedir
  Kamran Ağayev Yaponiyada cəzalandırıldı - FOTOSESSİYA
  Alim Qurbanov: Hamısı boş-boş söhbətlərdir
  “Mən realist insanam, faktlarla danışmağı sevirəm” – MÜSAHİBƏ
  Rəşad Abdullayev: Məni buraxmaq yox, saxlamaq istəyirlər
  “Mövsüm ərzində 16 top vurmaq yaxşı nəticə deyil” - MÜSAHİBƏ
  Ramin Musayevin ideyasına dəstək
  Türkiyəli futbolçu dünya üçüncüsüdür - FOTO
  “Qəbələ” Sloveniyaya gedir
  “Qəbələ” məşhurlarla danışıqlar aparır
  “Xəzər Lənkəran” zəif rəqiblə oynayacaq!
  Çempionlar Liqası: “Şerif” və “Jilina” da “Neftçi”ni gözləyir
  “Kəpəz” Fransa çempionu ilə müqavilə imzaladı
  “Real”dan 9 rekord
  Fransada ardıcıl 4-cü il yeni çempion
  “Xəzər Lənkəran”ın sabiq legioneri üçün kubok və qırmızı vərəqə
  “Qalatasaray” 6 futbolçu ilə yollarını ayırdı
  Foqtsun sevimli futbolçusu: Belə oyun faciədir
  “Çelsi” kimin Çempionlar Liqasına yolunu bağladı?
  Qus Hiddink “casusluq” edərkən yaxalandı
  Valentin Belkeviç: Azərbaycanda futbol və azarkeşlər özünəməxsusdur
  “O qabaqkı dövrlər idi ki, pulunu ver, gəl oyna”
  Didye Droqba: Mənim sifətimdən gülüş əksik olmur
  Milli Yaponiyaya getdi
  Ramin Musayev: Mən bunda həmin klub rəhbərlərini günahlandırıram
  Hondanın millimizlə oyunda meydana çıxacağı sual altındadır
  Alberto Zakkeroni: Azərbaycan yığması yetərincə güclü komandadır
  Yubileyində Çempionlar Liqasının qalibi oldu - FOTO
  “Çelsi” 5-ə çatdı, İngiltərə yalnız İspaniyadan geri qalır
  “Onda kuboku heç kim əlimizdən almazdı”
  “Klub rəhbərliyi haqqımda nə qərar çıxarsa, onu qəbul edəcəm”
  Hafiz Məmmədov: Məqsədimiz eyni uğurları Avropada təkrarlamaqdır
  “Çelsi”nin tarixi zəfəri
  “Xəzər Lənkəran”ın bəyənmədiyi futbolçu İspaniyada qol vurdu
  “Qalatasaray” İspaniyadan “ulduz” alır
  “Bakı”ya yeni baş məşqçi gəlsə...
  Yunis Hüseynov lənkəranlı azarkeşlərlə görüşdü
  “İnter”in bombardiri - Baçana Sxadadze
  Millimiz Kişinyovda 2-ci oldu
     
   
 
 
   
 
 
   
 
     

  PREMYER LİQA  
komandalar o q h m tx
1
Neftçi32203955-3063
2
Xəzər L32178744-2859
3
İnter32168829-2156
4
Qarabağ32158937-2853
5
Qəbələ321571043-3252
6
Bakı321551242-3650
7
AZAL321281244-4447
8
Rəvan3210111139-3941
9
Simurq328101427-4134
10
Kəpəz32951835-5532
11
Turan32671926-4225
12
Sumqayıt32662027-5224

“Sumqayıt” I diviziona düşdü, “Turan” pley-offda

  HƏMİŞƏ BURDA ...  

Avro-2012: Qrup oyunlarının təqvimi

“Çelsi”nin tarixi zəfəri

“Atletiko” 2-ci dəfə Avroliqanın qalibi oldu

Bizim Arxiv

   TOP 10
Yay bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR
“Çelsi”nin tarixi zəfəri
“Xəzər Lənkəran” zəif rəqiblə oynayacaq!
Avro-2012: Qrup oyunlarının təqvimi
Kamran Ağayev Yaponiyada cəzalandırıldı - FOTOSESSİYA
“Məqsədimiz qrup mərhələsinə düşməkdir” - MÜSAHİBƏ
“Qalatasaray” 6 futbolçu ilə yollarını ayırdı
Ramin Musayevin ideyasına dəstək
Azərbaycan Çempionlar Liqasına 3 klubla gedir
“Qəbələ” məşhurlarla danışıqlar aparır
 
Sayt haqqında Əlaqə


Sayt Mozilla Firefox, , Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2004-2008 APA. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by APA