Qibraltarda ilk məğlubiyyət
10:18 27-01-2012
Font ölçüsü : a | A
Qibraltarda şahmat üzrə beynəlxalq turnirdə III turu azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov (2747) üçün uğursuz alınıb. Apasport.az saytının məlumatına görə, yarışdakı yeganə həmyerlimiz 2 qələbənin ardınca bu dəfə uğursuzluğa düçar olub.
O, Naycel Şortla (İngiltərə, 2677) mübarizədə 32-ci gedişdə məğlubiyyətlə barışıb. Nəticədə aktivində 2 xalı olan Məmmədyarov 3 turdan sonra turnir cədvəlində 256 zəka sahibi arasında 29-cudur.
Qeyd edək ki, fevralın 2-ə kimi davam edəcək yarışda Şəhriyar növbəti turda ABŞ şahmatçısı Anna Zatonski (2506) turda qarşılaşacaq.
bu xəbər
614 dəfə oxunub
|