Rəqiblərimizdən “Dinamo” üstün oldu
10:37 17-02-2012
Font ölçüsü : a | A
Qadın voleybolçular arasında Rusiya Super Liqasında 17-ci tutun matçları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Çempionlar Liqasında “Azərreyl”in rəqibi “Dinamo” (Kazan) “Çelenc Cup”da “Bakı” ilə qarşılaşacaq “Omiçka”nın qonağı olub.
Gərgin keçən matç Omsk təmsilçisinin 2:3 (25:23, 25:21, 20:25, 23:25, 9:15) hesablı məğlubiyyəti ilə yekunlaşıb. Qələbə sayəsində Kazan təmsilçisi liderliyini qoruyub. “Omiçka” isə turnir cədvəlində 5-ci yerdədir.
bu xəbər
285 dəfə oxunub
|