Sevda Yəhyayeva da “apasport”u dəstəklədi
15:05 27-01-2012
Font ölçüsü : a | A
 |
|
|
|
|
Azərbaycanın estrada ulduzları FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin maskotunun adının müəyyənləşdirilməsi ilə bağlı namizədlərini açıqlayıb. Gənc müğənni Sevda Yəhyayevə apasport.az saytına açıqlamasında 2 addan söz açıb. O, maskotun ya “Tıq-Tıq xanım”, ya da “Qara qız” adlandırılmağını təklif edib. Bununla da Sevda apasport.az-ın “Tıq-Tıq xanım” seçimini dəstəklədiyini nümayiş etdirib. Onun bu ada üstünlük verməyi təsadüfi deyil. Belə ki, Yəhyayevə “Tıq-Tıq xanım”la bağlı məşhur mahnını bir müddətdir ifa edir. Yaxında digər xanım müğənni Səidə Dadaşova da maskota bu adı vermişdi.
Əməkdar artistimiz Elza Seyidcahan qeyri-adiliyini bir daha nümayiş etdirib. Belə ki, o, maskota “yeddilər” adını fikirləşib. Elza xanım bunu 7 rəqəminin müsəlman dünyasında müqəddəs, uğurlu olmağı ilə əsaslandırıb. Xalq artistimiz Səməd Səmədov isə maskota “Banu” adını verib.
Qeyd edək ki, AFFA-nın keçirdiyi müsabiqəyə təkliflərini göndərənlər arasında olan “Parni iz Baku” Şən və Hazırcavablar Klubunun üzvü maskotun “Top-Top xanım” adlandırılmasını təklif edib. O, bunu belə əsaslandırıb ki, həmin adının futbolun əsas atributlarından biri olan top sözü ilə bağlılığı var. Üstəlik, “top” ifadəsi bir çox dildə “ən yaxşı” mənasında işlədilir.
Mehman SÜLEYMANOV
bu xəbər
1122 dəfə oxunub
|