Yığmamızın üzvü 1 xala sevindi
10:04 20-02-2012
Font ölçüsü : a | A
Qadın voleybolçular arasında İtaliya A seriyasında XVIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan milli komandasının voleybolçusu Kseniya Kovalenkonun şərəfini qoruduğu “Kariparma” “Foppapedretti”nin qonağı olub.
Gərgin keçən görüşdə ev sahibləri çətin qələbə qazanıblar – 3:2 (25:22, 21:25, 23:25, 25:23, 15:11). Kseniya isə Çempionlar Liqasının qrup mərhələsində “Azərreyl”lə oynayan Berqamo təmsilçisindən cəmi 1 xal ala bilib.
Qeyd edək ki, bu matçdan sonra “Kariparma” 20 xalla 9-cu pillədəki yerini qoruyub.
bu xəbər
344 dəfə oxunub
|