AZE   RUS
MOBILE      WAP    
 
 
 
ANA SƏHİFƏ AÇ-2012 LONDON-2012 FUTBOL TOP OYUNLARI DÖYÜŞ NÖVLƏRİ ATLETİKA STOLÜSTÜ OYUNLAR DİGƏR NÖVLƏR
 
Yığmamızın baş məşqçisi səfərə silahla yollanır
13:14 29-10-2011
Font ölçüsü :   a   |   A


Noyabrın əvvələrində Gürcüstanın paytaxtı Tiflisdə güllə atıcılığı üzrə ənənəvi beynəlxalq turnir keçiriləcək. Apasport.az saytının xəbərinə görə, yarışda baş məşqçi İradə Aşumovanın rəhbərliyi altında bizim idmançılar da çıxış edəcək.

Afina Olimpiadasının üçüncüsü və dünya və Avropa çempionatlarının mükafatçısı olan baş məşqçi Tiflis turnirinə əsasən gənclərdən ibarət heyətlə gedəcəklərini bildirdi: "Tiflis bizə yaxın olduğu üçün bu yarışa böyük heyətlə, özü də əsasən gənclərlə gedəcəyik. Qadınların yarışında Nigar Bağırova, Xavər Cəbrayılova və Zərifə Qasımova, qızların yarışında isə 17 yaşlı Cəmilə Kazımova ilə 15 yaşlı Nərminə Səmədova atəş xəttinə çıxacaq. Kişilərə gəlincə, bu yarışda ölkəmizi Rəsul Məmmədov və Kamran Axundov, oğlanlardan isə Əfran Axundov (15 yaş) təmsil edəcək. Bunların hamısı pnevmatik tapançadan 10 metr məsafəyə atəş açacaqlar. Ötən il bu turnirin qalibi kimi Rəsul Məmmədov, ondan əvvəlki iki il isə Ruslan Lunyov Tiflisdən kubokla qayıtmışdı".

Aşumova "Ekspressfutbol" qəzetinə müsahibəsində özünün atəş xəttinə çıxacağının sual altında olduğunu bildirdi: "Mən yarışa baş məşqçi kimi gedirəm. Ancaq buna baxmayaraq, öz tapançamı da aparıram. Birdən ola bilər ki, özümü sınamaq üçün atəş xəttinə çıxaram. Yarışın əsas əhəmiyyəti gəncləri sınaqdan çıxarmaqdı. Qoy onlar da təcrübə toplasınlar və gələcəkdə olimpiya təsnifatlı turnirlərə qatılsınlar. Düzdür, London Olimpiadası üçün artıq gecdi. Bizim lisenziya xarakterli sonuncu yarışımız gələn il 14-20 fevralda Finlandiyada keçiriləcək Avropa çempionatı olacaq. Qaydalara görə, orada ilk 4 yeri tutan snayperlər Londona lisenziya qazanmış olacaqlar. Əgər həmin yarışda ilk 4 yeri tutanlar əvvəlcədən lisenziya qazananlar olsalar, onda lisenziyalar müvafiq ardıcıllıqla sonrakı yerlərin sahiblərinə veriləcək. Necə ki, mən 16-cı yeri tutmaqla buna nail oldum. Təsəvvür edin ki, serbiyalı 2 qat Olimpiya çempionu Yasno Sekariç hələ də Londona vəsiqə qazana bilməyib. Ancaq mən 53 yaşında lisenziya qazanmışam. Buna görə gərək mənə heykəl qoyulsun. Mən pnevmatik tapançadan 10 metr məsafəyə atəş açmaqda lisenziya qazansam da, Olimpiadada 2 məsafədən - 10 və 25 metrdən atəş açacağam. Hər bir idmançının medal qazanmaq iddiası olur. Mən də London Olimpiadasında mükafatçılar arasında yer tutmaq istəyirəm. Ona görə isə mütləq və mütləq çox işləmək, əmək sərf etmək lazımdı. Vaxt tamam az qalıb. Artıq Londonda atəş xəttinə çıxacağım günü də bilirəm. İyulun 29-da 10, avqustda isə 25 metr məsafəyə atəş açmalı olacam".

bu xəbər 877 dəfə oxunub

FaceBookda Paylas Twitter da Paylas Google da Paylas MySpace de Paylas
 
 
DİGƏR NÖVLƏR
     
 
“Azərbaycanı seçdiyimdən çox razıyam” - MÜSAHİBƏ

Karina Aznavuryan: İndi də Bakıya qayıdardım

Valentin Demyanenko: Bizə bir medal lazımdır və bu, əsas medaldır

Millimizin qapıçısı: O öldü, şirkətimiz dağıldı - MÜSAHİBƏ

APASPORT - 5 il birgə SİZİNLƏ

 
  Digər xəbərləri

  Yığmamız Münhenə getdi
  “Vıstropova bütün döyüşlərdə inamlı təsir bağışladı”
  İCF: Azərbaycan tükənməyən sərvətlərə malikdir
  Azad Rəhimov: Olimpiadanın səmərəli və məsuliyyətli təşkili nümunəsini görsətmək istəyirik
  Olimpiya çempionumuz 22-ci yerdə
  Milan uğursuzluğu
  Dünya Kubokunda 1 qızıl, 1 gümüş, 3 bürünc medal
  Yekun Olimpiya Təsnifat Reqatasına uğurlu start
  Dünya Kubokunun I mərhələsində daha 2 final
  Poznanda ilk medal
  Yenə medal olmadı
  Dünya Kubokunun I mərhələsinin ilk günündə 3 final
  “Xoşbəxt Karvan” başlayır
  ARDNŞ, AzAL və “Azercell”dən “Bakı-2020”yə dəstək
  Yığmamızın Avropa çempionatı üçün heyəti bilindi
  Dünya Kubokuna uğursuz başladıq
  Adnan Əliyev Olimpiadaya yollanmaq şansını itirdi
  2 həmyerlimiz Dünya Kubokunda
  Yığmamız üçün Poznan sınağı
  Əfsanə idmandan gedir
  İlk 2 gündə 4 medal
  Velotura Bakıda start verildi
  2 pillə irəli
  Dünya Kubokunda 1 bürünc medal
  Yığmamız Milana yollanır
  Hokkey çempionatını “Topaz” həyəcanı ilə izləyin
  Dünya Kubokunda növbəti uğursuzluq
  “İnter”in sabiq futbolçusunun bacarmadığına qızı nail oldu
  Bakıda 156 min dollarlıq yarış
  Olimpiya çempionumuz “11-liy”ə düşdü
  Dünya Kubokunda bürünc medal
  Aleksandr Aleksandrov və Nataliya Mustafayeva finalda!
  Dünya Kubokuna uğursuz start
  Yığmamız London-2012-yə lisenziya qazana bilmədi
  Dünya Kuboku: 5 idmançımızdan 4-ü yarımfinalda!
  İdmanla bağlı QHT yaradıldı
  Nataliya Mustafayeva yarımfinala yüksəldi
  “Azərbaycanı seçdiyimdən çox razıyam” - MÜSAHİBƏ
  5 may – Milli komandamız üçün tarixi an
  Azərbaycan yığması tarixi uğurun astanasında
  Yığmamız Yaponiyada ilk məğlubiyyətini aldı
  Yığmamız Londonu Lonatoya dəyişdi
  “Yelena Çalıx London Olimpiadasına iddialı yollanacaq”
  “Velosiped idmanı Azərbaycan üçün vacibdir”
  Azərbaycan olimpiya yığmasından yeni rekord!
  Millimiz Serbiyaya 5 nəfərlə yollanır
  Milli komandamızın oyununda bədbəxt hadisə
  Yığmamız Belarusa da gücünü göstərdi
  “Əhval-ruhiyyə qələbələrin davamlı olacağından xəbər verir”
  Yığmamızın uğursuz çıxışı davam edir
  İradə Aşumovaya yaraşmayan nəticə
  Heydər Əliyevin xatirəsinə həsr olunan veloturun marşrutu müəyyənləşib
  Ukrayna Bakıda Olimpiya Oyunları üçün idman kompleksinin tikintisinə maraq göstərir
  Milli komandamız Çili ilə qarşılaşacaq
  Milli Olimpiya Komitəsinin 20 illik yubileyi qeyd olunacaq
  Karina Aznavuryan: İndi də Bakıya qayıdardım
  Azərbaycanın birinci xanımı Moskvada “Bakı-2020” layihəsini təqdim edib
  Musayev Hollandiyaya gedir
  Millimiz Polşaya uduzdu
  “Jayco AİS” Azərbaycana gəlir
  Pezaro sınağı
  www.etopaz.az-da yenilik
  Azərbaycanda cıdır-şans totalizator oyunları təşkil olunacaq
  “London Olimpiadasına Mingəçevirdə hazırlaşmağı məqsədəuyğun saydıq” - MÜSAHİBƏ
  Olimpiya çempionumuz daha 2 rəqibinə yerini göstərdi
  www.etopaz.az-ın təqdimatında: Kataloniyada kimin ümidləri öləcək?
  Fatih Sani: Mingəçevirdəki reqataya hər il qatılacağıq - MÜSAHİBƏ
  Olimpiyaçılarımızdan növbəti medallar
  Dünya Kubokunda medalsız qaldıq
  “Prezident Kuboku-2012”: Qaliblər bəllidir!
  Olimpiya çempionu Mingəçevirdə 3 qızıl medal qazandı
  Tyedə 7 azərbaycanlı
  Valentin Demyanenko: Bizə bir medal lazımdır və bu, əsas medaldır
  Millimizin qapıçısı: O öldü, şirkətimiz dağıldı - MÜSAHİBƏ
  Olimpiyaçılarımız iş başında
     
   
 
 
   
 
 
   
 
     

  PREMYER LİQA  
komandalar o q h m tx
1
Neftçi32203955-3063
2
Xəzər L32178744-2859
3
İnter32168829-2156
4
Qarabağ32158937-2853
5
Qəbələ321571043-3252
6
Bakı321551242-3650
7
AZAL321281244-4447
8
Rəvan3210111139-3941
9
Simurq328101427-4134
10
Kəpəz32951835-5532
11
Turan32671926-4225
12
Sumqayıt32662027-5224

“Sumqayıt” I diviziona düşdü, “Turan” pley-offda

  HƏMİŞƏ BURDA ...  

Avro-2012: Qrup oyunlarının təqvimi

“Çelsi”nin tarixi zəfəri

“Atletiko” 2-ci dəfə Avroliqanın qalibi oldu

Bizim Arxiv

   TOP 10
Yay bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR
“Çelsi”nin tarixi zəfəri
“Xəzər Lənkəran” zəif rəqiblə oynayacaq!
Avro-2012: Qrup oyunlarının təqvimi
Kamran Ağayev Yaponiyada cəzalandırıldı - FOTOSESSİYA
“Məqsədimiz qrup mərhələsinə düşməkdir” - MÜSAHİBƏ
“Qalatasaray” 6 futbolçu ilə yollarını ayırdı
Ramin Musayevin ideyasına dəstək
Azərbaycan Çempionlar Liqasına 3 klubla gedir
ŞOK: Julius Vobayın “Neftçi”yə keçidi baş tutmadı
 
Sayt haqqında Əlaqə


Sayt Mozilla Firefox, , Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2004-2008 APA. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by APA