Yığmamızın oyunçusu “Pyaçentsa”nı susdurdu
10:30 13-02-2012
Font ölçüsü : a | A
Qadın voleybolçular arasında İtaliya A seriyasında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının blokçusu Kseniya Kovolenkonun şərəfini qoruduğu “Kariparma” “Pyaçentsa”nı qəbul edib.
Matç həmyerlimizin komandasının qələbəsi ilə başa çatıb – 3:1 (16:25, 25:23, 25:21, 25:23). Kovolenko qarşılaşmada 10 xal toplayıb.
Bu oyundan sonra “Kariparma” xallarının sayını 19-a çatdırıb və 7-ci pilləyə yüksəlib.
bu xəbər
441 dəfə oxunub
|