Yığmamız AZAL-la qarşılaşacaq
13:04 21-02-2012
Font ölçüsü : a | A
Fevralın 24-də 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması və AZAL klubu arasında yoldaşlıq oyunu keçiriləcək. Apasport.az saytının məlumatına görə, yoldaşlıq oyunu AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da baş tutacaq. Qarşılaşma saat 17:00-da başlayacaq.
Qeyd edək ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində yığmamız fevralın 29-da, saat 18:00-da, “Dalğa Arena”da İslandiya ilə qarşılaşacaq.
Mənbə: affa.az
bu xəbər
168 dəfə oxunub
|