22:26 24-09-2020
news_image
153
DİGƏR NÖVLƏR

Dünya çempionatının 4-cü mərhələsi Bakıda keçiriləcək – “Formula-1”də

“Formula-1” üzrə dünya çempionatının 2021-ci il mövsümünün təxmini təqvimi bəlli olub.

Apasport.az saytının məlumatına görə, növbəti mövsümdə mərhələlərin ardıcıllığı müəyyənləşib.

Yarış bu dəfə Avstraliya deyil, Bəhreyndə start götürəcək. “Yaşıl qitə” isə yalnız payızda “Formula-1”i qəbul edəcək.

Azərbaycan Qran-Prisi dünya çempionatının 4-cü mərhələsi olacaq. Ümumilikdə təxmini təqvimdə 22 mərhələ yer alıb.

1. Bəhreyn Qran-Prisi
2. Vyetnam Qran-Prisi
3. Çin Qran-Prisi
4. Azərbaycan Qran-Prisi 
5. Niderland Qran-Prisi
6. İspaniya Qran-Prisi
7. Monako Qran-Prisi
8. Kanada Qran-Prisi
9. Avstriya Qran-Prisi
10. Fransa Qran-Prisi
11. Böyük Britaniya Qran-Prisi
12. Macarıstan Qran-Prisi
Yay fasiləsi
13. Belçika Qran-Prisi
14. İtaliya Qran-Prisi
15. Rusiya Qran-Prisi
16. Sinqapur Qran-Prisi
17. Yaponiya Qran-Prisi
18. Avstraliya Qran-Prisi
19. ABŞ Qran-Prisi
20. Meksika Qran-Prisi
21. Səudiyyə Ərəbistanı
22. Abu-Dabi Qran-Prisi