15:05 05-08-2021
news_image
175
TOKİO-2020

ABŞ-dan yeni rekord - Olimpiadada

Tokio-2020 Yay Olimpiya Oyunlarında qadın futbolçuların turnirində ilk mükafatçı bəlli olub.

Apasport.az saytının məlumatına görə, III yer uğrunda matçda ABŞ və Avstraliya qarşılaşıb.

Məhsuldar keçən görüşdə şimali amerikalılar 4:3 hesablı qələbə qazanıb. Bununla da ABŞ millisinin Olimpiadalarda rekordu rəsmiləşib.

5-ci dəfə mükafatçılar sırasında yer alan yığma buna nail olan ilk komanda olub. Amerikalılar 3 qızıl, 1 gümüş və 1 bürünc əldə edib. 4 medalı (1 qızıl və 3 bürünc) olan Almaniya isə geridə qalıb

Qeyd edək ki, sabah keçiriləcək final matçında İsveçlə Kanada üz-üzə gələcək.