00:00 10-10-2021
news_image
741
FUTBOL

Millimizdən görünməmiş FİASKO

Azərbaycan millisi tarixinin yeni antirekorduna imza atıb.

Apasport.az saytının məlumatına görə, əsası 1992-ci ildə qoyulan yığma ilk dəfə ardıcıl iki ev oyununda böyükhesablı məğlubiyyət alıb.

Bu, həm 1994-cü ildən qatıldığı rəsmi turnirlər, həm də ümumi oyunlara aiddir. Ötən ay Portuqaliyadan üç cavabsız qol buraxan Canni de Byazinin yetirmələri bu dəfə İrlandiya önündən boynubükük ayrılıb. Yenə qonaqlar 3 xalı 3 cavabsız qolla qazanıb.

Tarixi boyu azarkeşlərinə üzüntü bəxş edən komandamızın 0:10, 0:8, 0:7, 0:6 kimi rəngarəng məğlubiyyətləri olsa da, indiyədək heç vaxt ardıcıl iki dəfə doğma stadionda darmadağın olmamışdı. De Byazi ilə yaşanan budəfəki ilk millinin fiaskosu, biabırçılığı olub.