09:43 11-10-2021
news_image
233
TOP OYUNLARI

Yığmamızın oyunçusu Yunanıstan klubunda

Azərbaycan millisinin voleybolçusu Şəfaqət Alışanova karyerasını ölkə xaricində davam etdirəcək. 

Apasport.az saytının məlumatına görə, 30 yaşlı toppaylayıcı Yunanıstanın “Porfiras” klubu ilə müqaviləni rəsmiləşdirib. 

O, A1 təmsilçisi ilə 1 illik anlaşıb. Alışanova artıq Yunanıstan çempionatında debüt də edib. Voleybolçumuzun komandası “Lamia”nın qonağı olub və 1:3 hesablı məğlubiyyətə üzülüb. 

Qeyd edək ki, Şəfaqət Macarıstan və Polşada da legioner həyatı yaşayıb.