16:06 12-10-2021
news_image
3580
FUTBOL

Azərbaycan millisinin dəyəri açıqlandı - ən bahalı “11-lik”

“Transfermarkt” Azərbaycan millisinin hazırkı heyətinin ən dəyərli “11-liy”ini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Almaniya nəşri DÇ-2022-nin seçmə mərhələsinin İrlandiya və Serbiya ilə oyununa çağırılanlar arasında mövqelərə uyğun transfer qiyməti ən yüksək olan futbolçuların adlarını vurğulayıb.

4-3-3 sxeminə görə tərtib edilən “11-liy”in ən dəyərli üzvləri Qara Qarayev, Emin Mahmudov və Mahir Emrelidir. Adıçəkilən futbolçular 1 milyon avroya bərabər göstərilib. Simvolik komandanın ən ucuz oyunçusu isə 400 min avro ilə Höccət Haqverdidir.

Hazırkı heyətin ən dəyərlilərindən ibarət “11-liy”in ümumi qiyməti isə 8,1 milyon avrodur.

Qapıçı: Şahruddin Məhəmmədəliyev – 500 min avro;
Müdafiəçilər: Anton Krivotsyuk – 800 min, Maksim Medvedev – 500 min, Abbas Hüseynov – 450 min, Höccət Haqverdi – 400 min;
Yarımmüdafiəçilər: Qara Qarayev, Emin Mahmudov – hər ikisi 1 milyon avro, Anatoli Nuriyev – 900 min;
Hücumçular: Mahir Emreli – 1 milyon, Filip Ozobiç – 800 min, Namik Ələskərov – 750 min.

Qeyd edək ki, millinin heyətində yer alan futbolçulardan ən ucuzu 200 min avro ilə ölçülən qapıçı Aydın Bayramov, müdafiəçi Bəxtiyar Həsənalızadə və yarımmüdafiəçi Rövlan Muradovdur.