15:17 12-10-2021
news_image
300
TOP OYUNLARI

Polina Rəhimova: “Başladığım işi yekunlaşdırmaq üçün geri dönməli olduğumu hiss etdim”

Azərbaycan millisinin sabiq voleybolçusu Polina Rəhimovanın yeni klubu bəlli olub. 

Apasport.az saytının məlumatına görə, 31 yaşlı hücumçu karyerasını İtaliyada davam etdirəcək. 

O, A seriyası təmsilçisi “Kasalmaggiore” ilə 1 mövsümlük müqavilə imzalayıb. Polina yeni komandasında 71 nömrəli formanı geyinəcək.

Rəhimova 2018-2019 mövsümündə şərəfini qoruduğu komandaya qayıtdığı üçün xoşbəxt olduğunu açıqlayıb: “İtaliyada başladığım işi yekunlaşdırmaq üçün geri dönməli olduğumu hiss etdim. Mən əlimdən gələni əsirgəməmək üçün buradayam”. 

Qeyd edək ki, Polina son 2 mövsümdə Braziliyanın “Sesi Bauru” klubunda oynayıb.