15:36 13-10-2021
news_image
114
FUTBOL

Sevgilisi avtomobili futbolçunun üstünə sürdü

“Las-Palmas”ın futbolçusu Xese Rodriges ölümdən dönüb.

Apasport.az saytının məlumatına görə, ispaniyalı hücumçuya sevgilisi xəsarət yetirib.

Hadisə cütlüyün qatıldığı “Qran Kanariya Arena”dakı konsertdən sonra baş verib. Zalı tərk etdikdən sonra “Real”ın yetirməsi ilə sevgilisi arasında mübahisə yaşanıb. Əsəbiləşərək sükan arxasına keçən xanım avtomobili 28 yaşlı futbolçunun üstünə sürüb.

Nəticədə ciddi xəsarət olmasa da, Xese ayağından zədə alıb.