22:49 13-10-2021
news_image
120
FUTBOL

Millimizə 2 qol vurdu, PSJ-nin maraq dairəsinə düşdü

Serbiya millisinin hücumçusu Duşan Vlahoviç daha bir klubun maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, “Fiorentina”nın forvardı uğrunda mübarizəyə daha bir Avropa nəhəngi qoşulub.

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi ilə qarşılaşmada (3:1) dubl edən Vlahoviçi indi də PSJ heyətinə cəlb etməyi planlaşdırır. Parislilər “İnter”, “Mançester Siti” və “Yuventus” kimi klubları qabaqlamalıdır. Onun florensiyalılarla müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.

Qeyd edək ki, Duşan Vlahoviç cari mövsüm bütün turnirlərdə 10 oyunda 7 qol vurub, 2 assist edib.