00:39 14-10-2021
news_image
156
FUTBOL

“Barselona” Busketsi satır, onu alır

“Barselona” rəhbərliyi kapitan Serxio Busketsi satmağı düşünür.

Apasport.az saytının məlumatına görə, kataloniyalılar bununla yeni transferə yer açmaq niyyətindədir.

La Liqa təmsilçisi gələn ilin yayında azad agent statusu daşıyacaq “Milan”ın yarımmüdafiəçisi Frank Kessinin xidmətində maraqlıdır. Bunun reallaşması üçün də 33 yaşlı Buskets üçün gələcək təkliflər dəyərləndiriləcək.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Serxio Busketsin sözləşmə müddəti 2023-cü ilin yayına qədərdir. İspaniya millisinin üzvü “Barsa”da 638 oyun keçirib, 15 qol, 41 məhsuldar ötürmə ilə yadda qalıb.