22:08 13-10-2021
news_image
146
FUTBOL

Pirlo tezliklə “Barselona” ilə danışıqlara başlaya bilər

Andrea Pirlo tezliklə “Barselona”nın yeni baş məşqçisi təyin oluna bilər.

Apasport.az saytının məlumatına görə, bunu 42 yaşlı mütəxəssisin meneceri Tullio Tinti etiraf edib.

O, İspaniya klubu ilə danışıqların aparılmasını istisna etməyib: “Andrea “Yuventus”da əlindən gələni etdi. Üstəlik, bu onun məşqçi kimi ilk ili idi. “Barselona” ilə bağlı məlumatlara gəlincə, hazırda yeni heç nə yoxdur. Ancaq tezliklə danışıqlar başlaya bilər”.

Qeyd edək ki, hazırkı baş məşqçisi Ronald Kumanla yollarını ayırmağı planlaşdıran “Barselona”nın bu posta əsas namizədi Andrea Pirlodur.