19:12 13-10-2021
news_image
187
FUTBOL

“Nyukasl” daha 2 ulduz futbolçuya “elçi düşdü”

Səudiyyə Ərəbistanı dövlət fondu tərəfindən alınaraq dünyanın ən zəngin klubuna çevrilən “Nyukasl” heyətini ulduz futbolçularla gücləndirməyin planlarını cızır.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi transfer siyahısına daha iki tanınmış simanı əlavə edib.

Bunlar “Barselona”nın yarımmüdafiəçisi Filipp Koutinyo və “Çelsi”nin hücumçusu Timo Vernerdir. Hər iki oyunçunun özü və klubu ilə transferlə bağlı müzakirələrə start verilib. “Sağsağanlar” bu transferlər üçün ciddi vəsait ayırmağa hazırdır.

Qeyd edək ki, Koutinyonun klubu ilə müqaviləsi 2023-cü ilin, Vernerin sözləşməsi isə 2025-ci ilin yayına qədərdir.