13:17 25-10-2021
news_image

Dünya çempionatını Azərbaycanda göstərəcək telekanal müəyyənləşdi

Serbiyanın paytaxtı Belqradda keçiriləcək kişi boksçular arasında dünya çempionatını Azərbaycanda yayımlayacaq telekanal bəlli olub. 

Apasport.az saytının məlumatına görə, bu gün start götürəcək mundial “CBC Sport” kanalı vasitəsilə canlı göstəriləcək. 

Döyüşlər 2 seansda təşkil olunacaq. Görüşlər gündüz Bakı vaxtı ilə saat 15:00-da, axşam isə saat 20:00-da başlayacaq. 

Qeyd edək ki, Azərbaycan millisinin 9 boksçu ilə təmsil olunduğu dünya çempionatı noyabrın 6-da başa çatacaq.